13 rəqəmi əbədiləşdirildi
"Fiorentina" 2 gün öncə dünyasını dəyişən Davide Astori ilə bağlı növbəti təqdirəlayiq addım atıb.
Adalet.az-ın klubun rəsmi saytına istinadən yaydığı məlumata görə, 31 yaşlı futbolçunun forma nömrəsi əbədiləşdirilib. Bu isə o deməkdir ki, artıq 13 rəqəmi "Fiorentina" klubunda heç bir oyunçuya verilməyəcək.
Astorinin sabiq klubu olan "Kalyari" də "Fiorentina"nın yolu ilə gedib.
Qeyd edək ki, İtaliya millisinin də üzvü olan Astori martın 5-də "Fiorentina"nın qaldığı otelin otağında ölü tapılmışdı. Onun infarkt keçirdiyi bildirilib.
Digər Xəbərlər
03 May 2024 09:57
Maradonanın övladları futbolçunun qalıqlarının köçürülməsini istəyiblər
01 May 2024 15:38Çempionlar Liqasında qaydalar: “Real Madrid” Arda Güleri başqa klublara transfer edə bilməyəcək?
30 Aprel 2024 19:22Azərbaycan millisi Rumıniya ilə üz-üzə
30 Aprel 2024 15:37"Qarabağ"ın Çempionlar Liqasındakı daha bir mümkün rəqibi bəlli oldu
30 Aprel 2024 15:32