124 Azərbaycan vətəndaşının Gürcüstana girişi yasaqlandı
Cari ilin yanvarında 1587 nəfər xarici ölkə vətəndaşı Gürcüstana buraxılmayıb. Onların 124-ü Azərbaycan vətəndaşlarıdır.
Adalet.az-ın "Azərtac”a istinadən məlumatına görə, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin aylıq hesabatında məlumat verilib.
Məlumatda bildirilir ki, ötən ay Gürcüstana buraxılmayan əcnəbilər arasında ən çox İran vətəndaşları olublar – 576 nəfər. Siyahıda ikinci yerdə 366 nəfərlə Hindistan dayanır.
Yanvarda 116 nəfər Türkiyə, 72 nəfər Türkmənistan, 58 nəfər Rusiya, 50 nəfər Ermənistan, 44 nəfər Özbəkistan, 28 nəfər Pakistan, 16 nəfər Misir, 15 nəfər İraq, 13 nəfər Qırğızıstan və 11 nəfər Qazaxıstan vətəndaşı Gürcüstana buraxılmayıb.
Qeyd edək ki, 2018-ci ilin yanvar ayı ilə müqayisədə bu ilin yanvarında Gürcüstana buraxılmayanların sayı 50 faizdən çox artıb. Ötən ilin yanvarında ölkəyə 1047 əcnəbi vətəndaş buraxılmayıb. Ümumiyyətlə, 2018-ci ildə 3200 nəfər İran, 2200 nəfər Hindistan vətəndaşı Gürcüstana buraxılmayıb. Viza rejimini pozan əcnəbilər arasında da ən çox İran vətəndaşları olublar – 1500 nəfər.
Digər Xəbərlər
04 May 2024 14:52
COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub
04 May 2024 14:08Yol polisindən qaydaları pozan tanınmışlara müraciət
04 May 2024 13:36Azərbaycanda şirkət və müəssisələrə məşhur sistemlə bağlı XƏBƏRDARLIQ
03 May 2024 23:14Sərhədimizdəki bu kənd minalardan təmizləndi, yol açıldı
03 May 2024 21:57