adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
16 Mart 2016 02:00
110331
RUBRİKA

“12 kəndi 3 saat içində 3 tankla aldıq” - BAŞ LEYTENANT

Əsgərlər Baş leytenantı kamaçasının səsindəntanıyır. Elə Cəmil Əsədov da əsgərləri ən yaxşı dinləyiciləri hesab edir. "Qələbə”marşını çalmaq isə veteranın ən böyük arzusudur.

Əzəli torpaqlarımızınitirilməsi hər bi vətəndaşın ürək ağrısına çevrilib. 1993-cü ilin 29oktyabrında Zəngilan torpağının işğalı da elə ən çox bu torpağın əldən verilməməsi üçün canyandıran yerli əhali üçün çox sarsıdıcı bir hadisə oldu. Sözü gedən illərdə "Döyüştarixi” keçmiş qazimizin də xatirələri hüzünlü anları bizə xatırladır. Rubrikamızınbu dəfəki qonağı da Qarabağ savaşında öz həmyerliləri ilə çiyin-çiyinə veribdöyüş yoluna atılan birinci qrup Qarabağ əlili Cəmil Həsənli oldu. Veteranındanışdıqları onun yaşadıqlarının çox az bir hissəsi idi. Dediyinə görə, döyüşyolunda hər addım qəhrəmanlıq və cəsarət tələb edir. Bu şərəfli yolda ya öləcəksənya ömür boyu ağır izlərlə ayrılacaqsan ya da ki, vətən xaini damğasını özünəmöhürlədib həyatının sonunadək vicdan əzabı ilə yaşayacaqsan. Qonağımız 1954-cüildə Zəngilan rayonunda anadan olub. Evin tək övladı olan Cəmil sonrakı illərdəorta məktəbi bitiridikdən sonra Bakıda Azərbaycan Texniki Universitetinin hərbikafedrasında "Zirehli texnikanın əmri və istismarı üzrə müxanik” ixtisası üzrəali təhsilini davam etdirib. Hərbi texnika sahəsində müəyyən bilirklər qazananveteran hələ müharibə illərini xatırlayarkən belə deyirdi: "Müharibə başlayan qədərZəngilanda Raykom idarəsini tərkibində Aqrar sənaye kombinatının rəsi müaviniidim. Kənd təsərrüfatı üzrə rayonun bütün rəhbərliyi mənə məxsus olub.1991-91-ci illərdə artıq qulağımıza xəbərçatdırdı ki, bəzi rayonlarda qanlı atışmalar olub və bizi gözləyən təhlükələr dəqaçılmazdır. Bu ərəfədə bizim idarənin yaxınlığında 3-4 ədəd T-72 markalıtankları gətirib yerləşdirdilər. Rayonda çox adam bilirdi ki, mən ali təhslimiməhz bu tanklar üzərində ixtisaslaşdırmışam. Beləliklə uzun müddət idarəyəgedib gələrkən yolda gördüyüm bu zirehli texnikalar artıq məni özünə cəlbetmişdi”. 


Neçə müddətdir istifadəsiz qalan tankaların "lal-dinməz” duruşu 38yaşlı Cəmil Əsədovu sıravi tamaşaçı edə bilməzdi. Bir neçə aydan sonra müvafiqicazə sayəsində tanklardan birinin idarəsi qəhrəmanımıza verildi. Baş leytenantsonrakı hadisələri belə xatırlayır: "Zirehli texnikalardan istifadə olunmağabaşlayanda mən artıq cəbhədə öz üzərimdə olan tenkdan əlavə digər sirehlitexnikların da komplektləşdirilmiş idarəsini öz üzərimə götürmüşdüm. Çünki,rayonda məndən başqa sırf bu tanklar üzərə ixtisaslaşmış şəxs yox idi. Bütün buproseslər davam etdiyi vaxtda düşmən mövqelərindən bizə qarşı təzyiqlərinartması nəzərimizidən yayınmırdı. Belə olan halda bu hərbi vasitələrin köməyiilə 1993-cü ilin 29 oktyabr tarixinə kimi rayonumuzu işğal olunma təhlükəsindənqorumağı bacarmışdıq”.

Lakin təkcəmüdafiə mövqeyi ilə kifayətlənmək olmazdı. Cəmil Əsədov və onunla birlikdə digər2 tank heyəti 33 saat ərzində Zəngilanla sərhəddə yerləşən Hənd, Sav, Şeşkirt,Straşenn, Çikaport kimi 12 kəndini əsasrətə götürməyi bacarmışdılar. Rəhbərliketdiyi tank heyəti ilə çox çətin mübarizə aparan qazinin təəssüf ki sonda belədesək Zəngilana bağlanan ümid qanadlarını qırmışdılar: Lakin Zəngilan ətrafı rayonların işğalolunması bizi nə qədər güc sərf etsək də artıq işğaldan yaxa qurtara bilməyəcəyimizbir vəziyyətə saldı. Artıq payz fəsilində Zəngilan tam şəkildə mühasirədə idi.1993-cü ildə işğaldan sonra dekabr ayında bizin olduğumuz 865 nömrəli polku ləğvetdilər və ondan sonra da polkun əsas gücü sayılan zabitləri dağıtdılar”. CəmilƏsədovun gözlərində görmə zəifliyi var, o cümlədən ayağından qəlpə yaralarıaldığı üçün yerimək çətinliyi ilə üzləşib. Elə görüşünə gedərkən yanında əsasıda diqqətimi çəkdi. Veterandan bunu səbəbini öyrənərkən məlum oldu ki, Qarabağsavaşında ağır zərbələr alan təkcə rayonun özü deyil, onun müdafiəsi uğrundadöyüşən Tankçı zabitin də yaraları həm fiziki, həm də mənəvi olaraqqalmaqdadır. Öz tankında düşmən mərmisinin tuş gəldiyi qocaman zabit bu dəhşətlihadisəni idarə etdiyi T-72 zirehli texnikasında yaşayıb. Təəssüf ki, o vaxtdanbu yana qalan acı xatirələrdən bəzilərini danışmaq imkanı oldu.


Azərbaycanınən çox izlənilən döyüş filmlərindən olan "Dolu” filmini çox sevdiyini deyən CəmilƏəsədov bu filmə hər dəfə baxanda göz yaşlarına hakim ola bilmədiyini dilə gətirirdi:"Dolu”da mənim hər epizodda xatirələrim canlanır. Bəzən elə düşünürəm ki, sankibu film mənim və silah yoldaşlarım haqqında çəkilib. Əslində isə bu film bütünAzərbaycan şəhidləri və qaziləri haqqında çəkilmiş bir filmdir. Buna görə də həmrejissoru həm də ssenari müəllifini təbrik etmək istəyirəm”.


-Onsuzdasiz və sizin kimi yüzlərlə veteranlarımız və şəhidlərimizin "Döyüş tarixi” özübir film yazıb.

-Elədir,ancaq məsələ orasındadır ki, bu filmi hər kəs görməyi bacarmır. Çünki əvvəlcəictimai marağın qüvvəti olmalıdır. Azərbaycançılığı təbliğ edən gənclərimiz, vətənpərvərinsanlarımız var ancaq bu o demək deyil ki, hər şey bununla bitir. Xeyir, sadəcəolaraq bir çoxları vətənpərvərliyin tam oalraq mənasına bələd deyillər.

Zabithaqqında çox danışmaq olardı, onun peşəkar kamaça ustası olması, o cümlədənkeçdiyi tarixi döyüş "film”i haqqında bir çox telekanallarımız reportajlarhazlırlayıb. Əsas və vacib olan odur ki, keçirdiyi ağır müalicələr və həyatimübarizələr bu insanda ruh yüksəkliyinielə "Döyüş tarixi”ndə də bərqaərar olduğunu sübut edir...

Rüfət Soltan