adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Yanvar 2016 01:40
102168
RUBRİKA

11 yaşlı döyüşçü: ““Lənətlənmiş gödəkçə”də 7 nəfər şəhid olub”

Hər kəsinbir "Döyüş tarixi” var. Təbii ki,Qarabağ savaşında gəncliyini, ailəsini və həyatını arxada qoyub vuruşanlardansöhbət gedir.

Xüsusən gənclərimizyeni tarixin köhnə döyüşçüləri haqqındakifayət qədər məlumata sahib deyillər. Ən əsası da Qarabağda döyüşənqadın cəngavərlərimiz haqqında.

"Döyüş tarixi” rubrikasının növbəti qonağı qadın oldu. 11 yaşlı döyüşçüAişa Seyfullayeva. Onu müharibədə Çiko ləqəbi ilə çağırırdılar. Aişaya bu ayamanısilahdaşı Alik verib. Dediyinə görə, məşhur İtaliya filmində bu addan istifadəolunub.

"Anam 20 yanvargecəsi qardaşıma görə şəhid oldu”

20 yanvarfaciəsində anasını şəhid verən bu balaca daha sonra qardaşının müharibə canfəşanlığınadəstək verib və onun ardınca Qarabağa, savaşın qızğın mərhələsinin baş tutduğubölgəyə yollanıb: "Anam öləndən sonra bircə qardaşım var idi. O da yanımdadeyildi, belə olan halda qərar verdim ki, mən onun yanında, onunla çiyin- çiyinədöyüşüm”. Aişa Seyfullayevanın erkən yaşlarında nə arzuları, nə də hər hansı məqsədivardı. Təbii ki, bu yaşda bunları düşünmək iqtidarında deyildi o. Sadəcə həssasuşaq qəlbi və kövrək amalı onu hərbi formanı geyinməyə vadar etdi. İçərisinəiki özü boyda adamın yerləşə biləcəyi kiterin qolunu çirmələmək də bir xeyli əziyyətverdi ona, amma döyüşdü, savaşdı, vətən üçün, xalqı üçün, "Qardaşları” üçünsavaşdı.

"Mənimanamı 19-dan 20-nə keçən gecə evin qapısından çıxarkən öldürdülər. Onu rus əsgəriöldürmədi, saqqallı erməni əsgəri idi. İndiki kimi yadımdadı. Doğma qardaşım PərvizAbbasov Bakıda aylardır davam edən mitinqə qatılmağa qərar verdi. Əslində onumitinqə aparan evdəki söz-söhbətləri oldu. Evimizdən mübahisə edərək çıxdı. Nənəmlə,anamla, hamımızla. Hərçənd Pərviz sakit və təmkinli insan idi. Bəzən düşünürəmki, qədər qapını döyəndə hadisələr insanın xarakterinə baxmır. Təbii ki, anam Fəridəxanım oğlunun hara getdiyini yaxşı dərk edirdi. Rus bolşevikləri ilə xalqınburun-buruna gəldiyi Bakı küçələrində hər an bir faciə yaşana bilərdi. Anambundan narahat idi”.

19-u gecəsibalaca Aişanın həssas ürəyində sıxıntılar yaşanmağa başlandı. Onun çox nadirhallarda belə sıxıntıları olurdu. Fəlakət öncəsi bir küncə söykənər, oturubağlayardı. Bu hal baş verdisə, deməli, yaxşı hadisə olmayacaq. Elə belə də olmuşdu.Doğrudur, Qanlı yanvar hadisəsi Pərvizdən yan keçdi, amma bu faciədə övladdeyil, ana qurban getdi.

"Pərviz dəyaxşı bilirdi ki, anam ona görə həyatını tapşırıb. Qardaşım sonradan çox sarsıntılarkeçirdi və bir gün məni öpüb evdən çıxdı, uzun müddət ondan xəbər tutmadıq. 2-3ay çəkdiyim nisgilə Şuşa batalyonundan xəbər gəldi. Xəbəri göndərən qardaşımınkomandiri idi. Dedi burda, Şuşa batalyonunda xidmət edir. Anam şəhid olandansonra mən bir müddət atamın ikinci həyat yoldaşının himayəsində yaşadım. Ögeyanam olsa da, doğma anam kimi mənə baxırdı. Hətta məndən başqa iki övladı davardı. Həmin ögey bacı və qardaşımı isə heç vaxt bağışlamayacam. Çünki uşaqvaxtı mənə dəhşətli zülmlər çəkdirirdilər. Evdən qaçmağıma bir də onlar səbəboldu. Artıq başa düşürdüm ki, Pərvizin yanında olmalıyam, məhz bu amalım mənievdən qaçmağıma səbəb oldu. Bakıda yaşadığımız yerdən bölgələrə avtobuslargedirdi. Evdən çıxan kimi onlardan birinə minib getdim. Avtobusdan enəndə artıqdüşünürdüm ki, buradan başqa bir yerə yol yoxdu. Ümidim Allaha qalmışdı. Ammabilirdim ki, Pərvizin döyüşdüyü batalyonun yaxınlığındayam. Elə onun komandiriİslamın  rastına düşdüm. Mən söyləyəndəki qardaşım Pərvizin yanına gəlmişəm,İslam dedi ki, o, Bakıya gedib. Təbii ki, buna inanmırdım, onlar məniminadcıl olduğumu görüb nəhayət Şuşa batalyonuna apardılar”.


Bundansonra Çiko ləqəbli bu qadın həm qardaşına qovuşdu, həm də özünə mənəvi qardaşlarqazandı. Müsahibə zamanı söylədi ki, Samir adlı əsgər yoldaşının bütün batalyondaonun doğma qardaşı olduğuna hər kəs inanırdı. Halbuki o mənəvi qardaşına sığınmışdı.Çiko deyir ki, orada çoxları ilə doğma idim. Yaşım az olduğu üçün hər kəs məniçox istəyirdi. Hətta orada mənim ləqəbim Malış olub. Daha sonra isə məni Çikodeyə çağırmağa başladılar. Lakin batalyondan gizlədilən bu yalanın üstü Samir şəhidolduqdan sonra açıldı. Çiko şəhidin cəsədini ona təhvil verilən zaman etirafetdi ki, o mənim doğma qardaşım deyil. Lakin balaca Aişanın bunu gizlətdiyikimi, Samirin də ölümündən əvvəl ondan gizlətdiyi bir şey olub. O da onun əsladının Səməd olması idi.

"Samir mənə adını yalan demişdi, hətta bu ölümündən sonrayaxınlarını tapmaq yolunda mənə problemlər yaratdı. 23 ildən sonra onun məzarınıaxtararkən belə Samir olduğuna inanırdım. Qazaxın Daş Salahlı kəndindəki şəhidməzarının çatlamış mərmərindəki əsl adını görənə kimi...” (kövrəlir)

Abbasova Aişa Məmmədcəfər qızı 1990-cı ildə 11 yaşında Şuşabatalyonu tərkibində Ağdamın Qarakənd, Mərzili kəndləri istiqamətində, həmçininXoramort və Şuşada döyüşlərdə iştirak edib. Ön cəbhədə keçirdiyi 4 ilinin ağır illər kimi həyatının kitabına yazan qazibəzilərinin gəncliyini döyüşlərdə hədər etdiyini deyərkən bir də öz ömrünün ondanda gözəl çağını – uşaqlıq illərini səngərlərdə keçirdiyini qeyd edir.


Lənətlənmiş gödəkcə

Çikonunağır həyat hekayəsində müsahibimiz bir də qanlı gödəkcədən bəhs edirdi. Onu lənətlənmişgödəkcə adlandırmışdılar. Çünki onungeyinən 7 fədai azadlıq və vətəni uğrunda şəhid olub.

"Uğur gətirmədibizə, indi 24 ildir həmin gödəkcəni axtarıram. Mənim yaxın bir silahdaşım vardı- Üzeyir. Sonuncu dəfə həmin gödəkcə onda qaldı. İndi isə nə Üzeyiri tapabilmişəm, nə də gödəkcəni”.

Anasına məxsusolan həmin gödəkcə ilk dəfə məhz elə Fəridə Abbasovanın əynində ikən qanabulandı. Daha sonra şəhid olan silahdaşları arasında qardaşı dediyi Samirdən həminlənətlənmiş gödəkcədə növbəti qan ləkələri, bir də deşilmiş güllə izləri qaldı.Çiko deyir ki, sonuncu dəfə əsgər yoldaşım Üzeyir onu götürdü: "Üzeyirin bir xasiyyətivardı, o ölmüş cəsədlərin üzərindən onlara məxsus olan bir əmanət götürməliidi. Adətən onun qəniməti sümüklər olurdu. Ona hətta Sümük yığan Üzeyir dədeyirdik. Lənətlənmiş gödəkcə isə onun sonuncu qəniməti oldu. Aldı və getdi”.

Kliniki ölüm

Malışınmüharibədə aldığı yaraların da sayı-hesabı yoxdur. Bunlara həm mənəvi, həm dəsağlamlıqla bağlı yaralar daxil idi. Hətta bir dəfə savaşın ortasında BMPmaşını hərəkətdə olarkən ona cəld bir şəkildə minməli idi. Əks təqdirdə güllələrinsəmada uçduğu, minaların gözlənilmədən partladığı bir ərəfədə bu qızın tək çarəsikortəbii şəkildə ona minmək idi, əks təqdirdə bu ağır texnika onu əzib məhv edəcəkdi.Lakin onun BMP-də olmağı uğurlu iş olsa da, o, bu texnikada özünü ağır vəziyyətdətapmışdı. Bu hadisə beyni kontuziyalı, ağız nahiyəsi parçalanmış bir məsum uşaqəsgər mənzərəsi bəxş edir insana. Onu Qospitala aparmadılar, çünki döyüşdənsonra Samirin ölüm xəbərini duyanda artıq Çiko heç nə düşünmürdü. Özündən bixəbərbalacanın nə qan dərdi vardı, nə də can dərdi. Bəlkə illər sonra cəsədininbasdırılmadığı Səmədin (Samirin) məzarlığına baş çəkəcəyi heç ağlına da gəlmirdi.Onun məzarı belə Çikonu kliniki ölümə sürüklədi. Ayılanda heç nədən xəbəri yoxidi. Yanında olan silahdaşları deyir ki, o dünyanı görüb gəlmisən, nəbzinvurmurdu, nəfəsin gəlmirdi, şükür tanrıya, sən qayıtdın...


Anasını,qardaşını, həyat yoldaşını, mənəvi qardaşlarını itirən və illər sonra övlad ağrısıgörən, indi isə öz içindəki balaca AİŞA İLƏ TƏK YAŞAYAN bir döyüşçüdən söhbətaçdıq. Onu unutmayanlar, bir də onun unutmadığı silahdaşları yanında idi:"Day-day” ləqəbli Amon, "Ciqan” ləqəbli Mahir və başqaları. Əhatəsinə düşdüyümbu qazilərin mənə aşıladığı birlik müsahibəsi, elə birlik savaşı kimi həmyazımda, həm də beynimdə həkk olundu. Buna sevinirəm, sevinirəm ki, Azərbaycanınmüharibədə çiynində silah, texnika idarə edən qadın mübarizləri olub. Bu Azərbaycanınqürur abidəsini formalaşdıran qadın döyüşçülərimizin vətənə sədaqətidir. Aişa Seyfullayevaəslən yəhudi olsa da, vəsiqəsində milliyyətini azərbaycanlı olaraq qeydetdirib. Bircə kəlmə dedi: "Mən azərbaycanlıyam”. Başqa da heç nə demədi...

Rüfət Soltan