adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
03 Aprel 2024 14:37
1925
ŞOU-BİZNES

"10 sponsorum var, apara bilirsinizsə, gəlin aparın"

"Bir vaxtlar özünü bomba sayan aparıcılar indi internet tv-lərə möhtac qalıblar və MTV haqqında fikir bildirirlər. İstədin ölkədə ən açıqsözlü aparıcı olasan, amma qapaz yedin, telekanallara həsrət qalmısan. "Youtube" kanalı mənim vecimə deyil, 10 sponsorum var. Onların da hamısı adıma gəlib. Görüm, sənin o ağıllı, bilikli adına necə sponsor gələcək. MTV bəzilərinə yaman dərd olub".

Adalet.az xəbər verir ki, bu sözləri aparıcı-prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə yazıb. Tolik adını açıqlamadığı aparıcının onun proqramındakı sponsorları öz verilişinə cəlb etməyə çalışdığını deyib:

"Deyirlər, Tolik danışır. Bu günə qədər heç bir aparıcı deyə bilməz ki, kiminsə sponsoruna yığıb danışmışam. İndi mənim sponsorlarıma zəng edirlər. Bəzi müğənnilər aparıcılara yaltaqlanmaq üçün sponsorlara zəng vururlar. Gedin öz işinizlə, ərinizlə məşğul olun. 10 sponsorum var, apara bilirsinizsə, gəlin aparın".

 

Emin