10 şagirddə koronavirus aşkarlandı
Təhsil Nazirliyi orta məktəblərdə koronavirusa yoluxma halları ilə bağlı son vəziyyəti açıqlayıb.
Nazirlikdən Adalet.az-a bildirilib ki, sentyabrın 26-da 51 şagird və 1 işçinin hərarəti 37 dərəcədən yuxarı olub.
Daha 10 şagird və 2 işçidə koronavirus aşkarlanıb.
Bu gün daha 1 sinif distant təhsilə keçirilib. Bununla da distant təhsilə keçirilmiş siniflərin sayı 12-yə çatıb