adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
01 Iyun 2019 10:50
26762
ƏDƏBİYYAT

1 İYUN –UŞAQLARIN BEYNƏLXALQ MÜDAFİƏ GÜNÜDÜR

AYAN GEDIRMƏKTƏBƏ

Ayan gedir məktəbə--

Bəh-bəh-bəh.

Çantası varbir şələ--

Bəh-bəh-bəh .

Baxın, süzürdörd yanı,

Tumarlayır Məstanı :

--Pişiyim, alaboyunsan,

İşi tamamoyunsan.

Çaşqın baxmagəl belə,

Ayan gedirməktəbə .

--Ay pipiyiqan xoruz,

Gözləri mərcanxoruz,

Səsini yayma elə,

Ayan gedirməktəbə.

--Cip-cip-- cipcücələrim,

Ananızdan gen gəzməyin.

Güdür siziTülkü lələ,

Ayan gedirməktəbə.

--Ala-bula boz keçi,

Ay qoşabuynuz keçi,

Gəl, arxamcaaz mələ,

Ayan gedirməktəbə.

--Ay Toplan,həddi aşma,

Məstan ilədalaşma .

Asta hürü,gəı təbə,

Ayan gedirməktəbə.

--Ay babacan, aynənə,

Güvənin sizlərmənə.

Gətirəcəm ləl- zəri,

Çanta dolu " beş”ləri.

Ayan gedirməktəbə--

Bəh - bəh - bəh,

Çantası varbir şələ--

Bəh – bəh – bəh !

15.09.2018.

Ayandı

Rəqs eyləyən bir qıza,

Dovşan, dedim, dayandı.

Maskasını soyundu,

Dedi, adım Ayandı.

Çaydan

Qazın üstündəçaydan

Özünü şuxsaxladı.

Alovlar qəzəblənib

Onu yamandağladı.

Yazıq çaydandözməyib,

Hönkür-hönkür ağladı.

Ulduzlar yerə yağır

_Babacan, aybabacan ,

Nənəmı də tez cağır.

Göydə olanulduzlar

Qar olubyerə yağır !

Bulaq

Bulağın buzsuyundan,

İçəmmədim , dayandım.

Ancaq aynasuyunda,

Sığallandım , darandım .

ƏRİMİR

Qar yağandabağçadan

Qaçırıq evəsarı.

Saçımıza yağanqar,

İsti duycaqəriyir.

Deyirəm ki,görəsən,

Bu nə sirdir,bu nə sirr,

Babamın saçlarına

Yağan qarlarərimir.

YOVŞANƏTRİDİ

Kəndimizdə var

"Dovşan dərəsi”,

Burda qurulub

Ovçu bərəsi.

Dərənin hər vaxt

Dovşanı çoxdu.

Həm də ətirli

Yovşanı çoxdu.

Aymir bərədən

Süzdü dovşanı.

Tanıyammadı,

Kollu yovşanı.

Bir qəşəng qoxu,

Doldu burnuna.

Baxıb babaya

Söylədi ona:

-Bu qoxu, baba,

Dovşan ətridi?

Baba dedi: - Yox,

Yovşan ətridi.

Ç A Q Q A L A

Budaqlardan sallanan,

Çaqqaladı ,çaqqala.

Bir cibyığdım yeməyə,

Babamdedi:--dur, bala !

Əgər yesənçaqqala,

Dodaqların büzülər.

Dişlərin bərkqamaşar,

Göz yaşlarınsüzülər.

Günəşdən nur əməcək,

Morlananda çaqqala,

Yamanca xoş gələcək,

Uşağa, ağsaqqala.

10.10.2018.


"ŞEYTANBALA”

Babamın dəcəl

Quzusu vardı.

Rəngi elə bil

Ağappaq qardı.

Yaman dəcəld,

Yaman bəladı.

Hələ adı da

"Şeytan bala” dı.

Səslədim mən də,

Gəlmədi quzu.

Göstərdim ona

Bir ovuc duzu.

Yanıma qaçdı,

Xoş görkəm aldı.

Əlimdən öpdü,

Duzu yaladı.

PÖHRƏLƏR

Yamancana sozalmışdı,

Xan çinarınpöhrələri.

Su içəntəkaçıldılar,

Pöhrələrin çöhrələri.

15.07-2018.


YAĞIR YAĞIŞ

Narın-narın

Yağır yağır.

Gölməçəyə

Salır naxış.

12.07-2018.


MƏNİM BABAMŞAİRDİR

Bilirsiniz ,uşaqlar,

Mənim babamşairdir.

Yazdığı şeirləri

Uşaqlara dairdir.

05.11.2018.


HİYLƏGƏR TÜLKÜ

Hinin həndəvərində ,

Tülkü bic—bicötürdü.

Alabaş hiyləgərin

Tozanağın götürdü.

07.11.2018.

DEŞİLİBDİ LƏYƏNİ

Baxıb yağanyağışa,

Bilin , nənəm deyəni .

--Deşilibdi göylərin,

Su saxlayanl ə y ə n i !

09.11.2018.


ALMA NEYNİRALMANI

Babanın gətirdiyi ,

Boğça dolualmadı.

Almayaalma verdi,

Alma almaalmadı.

Alma dedi:_ almaram.

Almanı , baba canı.

Mənim özümalmayam,

Alma neynir almanı!

ALMA

Alma bağları bu il

Ağ dona bələnibdi.

Budaqlara elə bij,

Ulduzlar ələnibdi.

NAR

Nar kolundaçiçəklər

Gəıb eləyirhər kəsi.

Günəşin istisindən,

Pardaxlanıbdüyməsi!

İYDƏ

Yaz günləriobadan

Ətirli biriy gələr.

Nənəm sevincəkdeyər

_Çiçəkləyib iydələr!

TUT AĞAGI

Tut ağacı,tutlara de,

Yenə davabaşlamasın .

Mən kölgəndəuzanmışam

Məni üstəndaşlamasın.

Təzə köynəkgeyinmişəm,

Üst-başımı yaşlamasın!

ÜZƏRRİK

Ay üzərrik,üzərrik,

Sizi koldanüzərik.

Boyunbağı eyləyib,

Sinəmızə düzərik!

ƏRİŞTƏ

-O hansı yeməkdir ki,

Un ələkdən ələnir.

Sonrasa xəmir olur,

Balaca kündələnir.

Bu balaca kündələr,

Oxlovla ovxalanır.

Doğram-doğram doğranıb,

Sonra ipdən sallanır.

...Hələ onu bişirmək

Tələb edir səriştə.

Aymir deyir: Ay nənə,

Əriştədir, əriştə.

KÜFTƏ

-Uşaqlar,bişirdiyim,

Yumru, yumru kündədi.

Kim adını tez desə

Biri ona müftədi.

Səttar dedi: Ay nənə,

Mən deyim adı nədi?

İyindən bilirəm ki,

Bişirdiyin küftədi.


İbrahim Yusifoğlu

Şərur şəhəri