adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
01 Aprel 2023 11:48
1553
GÜNDƏM, MÜSAHİBƏ

Qarabağda "baş prokuror" olmağı gözləyən Artur Davtyanın MÜSAHİBƏSİ 

Qarabağda yaradılmış qondarma rejimin “baş prokuror”u Qurgen Nersisyan “dövlət naziri”seçildikdən sonra həmin vəzifə hələ də boş qalıb. Elə o gündən erməni mediası iddia edir ki, yaxın günlərdə Ermənistanın keçmiş baş prokuroru Artur Davtyan qondarma rejimin baş prokuroru olacaq. Çünki, Davtyanın az qala 1 aydır Xankəndidədir.


Adalet.az xəbər verir ki, 1 mart tarixində Qurgen Nersisyan “dövlət naziri” vəzifəsini icra etsə də, hələ də “baş prokuror” vəzifəsi boş qalmaqdadır. Ermənistanın baş naziri Nikol Paşinyan 2021-ci ildə baş prokuror Artur Davtyanı istefaya göndərəndən Artur belə bir şans axtarırdı. Odur ki, 1 aydır Xankəndidə ona vəzifə veriləcəyi ümidi ilə gözləyir.
Qondarma rejimdə "baş prokuror" olmaq ümidi ilə Xankəndidə “ilişib” qalan Davityan yerli mediaya müsahibə verib. Həmin müsahibəni diqqətinizə çatdırırıq:


- Cənab Davtyan, siz çoxdan Qarabağdasınız. Mətbuat yazır ki, sizi Qarabağın prokuroru təyin edəcəklər, məlumat düzdür?
- Məncə, o suala cavab verməyim düzgün deyil. Lazım gələrsə, Qarabağın müvafiq qurumları bununla bağlı müraciət edəcəklər.


- Belə olan halda, Qarabağıa səfərinizin məqsədi nədir? Qarabaınğ 100 gündən artıqdır ki, Azərbaycan tərəfindən mühasirədə qalması, eləcə də Qarabağıın baş prokuroru Qurgen Nersisyanın dövlət naziri vəzifəsinə təyin edilməsi faktından sonra sizing bura səfəriniz mətbuatın diqqət mərkəzindədir.


- Mən, Ermənistandan olan hər kəsin, Qarabağa mütəmadi səfər etməməsinə çox təəssüflənirəm. Mənim Qarabağa səfərim bu anda edə biləcəyim ən az şeydir, çox adam gəlməlidir. Bu mənim Ermənistanda baş prokuror kimi səlahiyyət müddətim bitdikdən sonra Qarabağa ilk səfərim deyil. Ötən ilin dekabrından Qarabağa səfər çətinləşsə də, güclü istək olarsa, mümkünsüz heç nə yoxdur. Keçən il sentyabrın 2-də, Qarabağın “müstəqillik günü”ndə Xankəndidə olarkən, mən öz təvazökar töhfəmlə problemlərin həllinə istənilən şəkildə və lazım gəldikdə dəstək verməyə hazır olduğumu bildirdim. Məqsədim sadəcə bu çətin anlarda Qarabağın və qarabağlıların yanında olmaqdır.


- Dağlıq Qarabağ və Ermənistan hakimiyyəti sizin səfərinizə necə yanaşır?


- Bütün səfərlərimlə bağlı heç bir dairədən mənfi reaksiya görməmişəm. Qarabağ “hakimiyyət orqanları həm işlədikləri dövrdə, həm də indi bizə həmişə qucaq açıb və böyük həvəslə qarşılayıblar.


-Qarabağda vəziyyət necədir, rəsmi dairələrlə görüşləriniz olurmu?


- Şübhəsiz ki, vəziyyət mürəkkəbdir. Azərbaycanın Artsaxı blokadaya alması nəticəsində ərzaq, səhiyyə, minimum yaşayış məsələlərindən tutmuş, sərbəst hərəkətə qədər bütün insanların hüquqları pozulub. Bundan asılı olmayaraq, Qarabağ hakimiyyət orqanlarının və əlaqəli qurumların səyləri onların üzləşdiyi çətinliklərin öhdəsindən gəlməyə, həyatın bütün sahələrində ən mürəkkəb problemləri həll etməyə yönəldilmişdir. Qarabağ ermənilərilərinin (red-Ə.R) müqaviməti və vicdanla mübarizəyə hazır olması mənim ruhumu tərənnüm edir. Qarabağ xalqının təhlükəsizliyinin təmin edilməsində Rusiya sülhməramlı qüvvələrinin rolu əvəzsizdir. Əlaqələrimə gəlincə, onlar müxtəlifdir və uygundur.

- Qarabağda baş prokuror vəzifəsi üçün müsabiqə ilə bağlı xəbərlərə münasibətiniz necə olacaq, hansı kontekstdə sizin də adınız hallanır?


- O müzakirələr, məncə, ən azı mənim ünvanım baxımından gülüncdür. Şəxsən mən hər hansı vəzifə və vəzifədən asılı olmayaraq Qarabağda xidmət etməyə hazıram. Peşəkar bilik və bacarıqlarımın səmərəliliyi təmin edəcəyi yerdə xidmət etməyə hazıram. Xidmət statusu ümumiyyətlə mənim üçün vacib deyil, bu, əlbəttə ki, konkret məsuliyyət və fəaliyyət platformasıdır, lakin onsuz da faydalı ola bilər. Bu gün Qarabağda hər hansı xidmət vəzifəsində rəqabət ideyasının yaranması qətiyyən yolverilməzdir.
- Ermənistan Respublikasının baş prokuroru vəzifəniz başa çatdıqdan sonra hökumət sizə başqa iş təklif etdi?


- Düşünmürəm ki, bu məsələ ictimaiyyəti maraqlandıran gündəm məsələsidir.

P.S. Küləkli bir gündə Molla dəvəyə minib səfərə çıxır. Yolda acdığından xurcununa qoyduğu qovut torbasını açıb yeməyə başlayır. Elə qovutu ağzına qoymaq istəyəndə külək vurub dağıdır, ağzına heç nə getmir. Yanındakının biri soruşur ki, Molla, nə yeyirsən? Molla deyir- Heç nə, külək belə əssə, heç nə..
Uzun sözün qısası, ordumuzu Allah qorusun, belə sürətlə nəzarət edə-edə gedərsə , heç nə... Davtyanın baş prokuror olmaq arzusu ürəyində qalacaq .
Uğur olsun ORDUM!


Əntiqə Rəşid