adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
06 Mart 2019 00:12
4428
GÜNDƏM

YENİ AZƏRBAYCANIN YENİ KÜRDƏMİRİ

...Gerçəkdən belədir: bütün istiqamətlərdə yeniləşən Kürdəmir rayon sakinlərini fərəhləndirir, insanlarda daha gözəl günlərə ümid yaradır. Son illər bu rayon kəndli-şəhərli o qədər dəyişib, o qədər inkişaf edib ki... Təbii prosesdir əlbəttə ki. Ölkədə gedən quruculuq işləri, Dövlət Proqramlarının uğurlu icrası məhz Kürdəmir rayonu üçün də arzulanan inkişaf bəxş etmişdir. Bu səbəbdən də bütün kürdəmirlilər həmişə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə minnətdar olduqlarını bildirirlər.
Göstərilən bu qayğı və diqqətə, etimada cavab olaraq rayon sakinləri dərin hörmət bəslədikləri icra başçısı Ceyhun Cəfərovun abadlıq və tikinti-quruculuq, müasirləşdirmə çağırışlarına həvəslə qoşulur, birlik nümunəsi göstərirlər. Rayon həyatının bütün istiqamətlərində xoş bir dönüş, qaynarlıq, həvəs və coşqu yaşanmaqdadır.
Bu yaxınlarda rayonda 2018-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş ümumrayon yığıncağı da bu mənada xüsusi bir əhval-ruhiyə, təntənə ilə davam etmişdir. Kürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun məruzəsində və digər çıxışlarda ötən bir ildə görülən işlərlə yanaşı, perspektiv məsələlər də diqqət mərkəzində olmuşdur.
Yığıncaqda qeyd olunduğu kimi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş 11 yanvar 2019-cu il tarixli iclasında görülmüş işlər ətraflı təhlil edilmiş, 2018-ci ildə ölkə qarşısında duran bütün əsas vəzifələrin yerinə yetirildiyi bildirilmişdir. 2018-ci il ölkəmiz üçün uğurlu il olmuş, dünyada və bölgəmizdə gedən proseslərdən asılı olmayaraq Azərbaycan uğurla, sürətlə inkişaf etmiş, qarşımıza qoyduğumuz bütün vəzifələr icra olunmuş, ölkəmizin hərtərəfli dinamik inkişafı təmin edilmişdir. Cənab Prezident müşavirədə qeyd etmişdir ki, Azərbaycan inkişaf, tərəqqi, sabitlik ölkəsidir. Dünyada və bölgədə gedən proseslərdən asılı olmayaraq Azərbaycan öz müstəqil inkişaf yolu ilə uğurla gedir və gedəcəkdir.Cənab Prezidentimiz öz çıxışında keçən il regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının başa çatdığını, beş illik proqramın artıqlaması ilə yerinə yetirildiyini, bölgələrdə infrastruktur layihələrin icra olunduğunu, yüz minlərlə iş yerlərinin, yeni sənaye müəssisələrinin yaradıldığını, kənd təsərrüfatı sahəsinin inkişaf etdiyini bildirərək, proqramın uğurla icra edildiyini və yenidən dördüncü proqramın qəbul ediləcəyini qeyd etdi. Müşavirədə Cənab Prezidentimiz bildirmişdir ki, üçünçü peykimizin orbitə buraxılması, "Cənub qaz dəhlizi"nin açılması, TANAP layihəsinin işə düşməsi, Ələt Beynəlxalq Ticarət Limanının fəaliyyətə başlaması ötən ilin mühüm uğurlarındandır. Möhtərəm Cənab Prezidentimiz bildirmişdir ki, keçən il ölkəmizdə ümumi daxili məhsulun artımı 1,4 faiz olmuşdur. Qeyri-neft sektorunun inkişafı 1,8 faiz təşkil etmiş, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektorunda isə sənaye istehsalı 9,1 faiz artmışdır. İnflyasiya cəmi 2,3 faiz təşkil etmiş, əhalinin pul gəlirləri 9,2 faiz, kənd təsərrüfatı 4,6 faiz artmışdır. Ölkə iqtisadiyyatına 17,2 milyard dollar sərmayə qoyulmuşdur ki, bu sərmayənin 11 milyard manatı qeyri-neft sektoruna qoyulan sərmayədir. Valyuta ehtiyatlarımız artaraq 45 milyard dollara çatmışdır. Keçən il ölkəmizdə görülən işlər nəticəsində 118 min daimi iş yerləri açılmışdır.
Hesabat dövründə Kürdəmir rayonunda görülən işlərdən danışan Ceyhun Cəfərov bildirib ki, 2018-ci il ərazində ötən ilin müvafiq dövrü ilə müqayisədə ümumi daxili məhsul 9,3 faiz artaraq 408 milyon 11 min manat təşkil etmişdir. Ümumi məhsul buraxılışının 69,2 faizi məhsul istehsalı sahələrində, o cümlədən 17,8 faizi sənayedə, 11,5 faizi inşaat kompleksində, 39,9 faizi isə kənd təsərrüfatı sahəsində, ümumi məhsul buraxılışının 30,8 faizi isə xidmət sahəsində, o cümlədən 29,4 faizi ticarət və ictimai iaşə, 1,2 faizi nəqliyyat, 0,2 faizi isə rabitə sahəsində olmuşdur.Rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ildə 912 nəfər işlə təmin olunmuşdur ki, bundan 867 nəfəri daimi, 45 nəfəri isə müvəqqəti işlə təmin olunanlardır. Cənab Prezidentimizin tapşırığına əsasən, eyni zamanda rayonun sosial-iqtisadi inkişafı Proqramında nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsi nəticəsində 2018-ci ildə 325 nəfər ictimai işlərə cəlb olunmuşlar. Hər il olduğu kimi hesabat ilində "Əmək yarmarkası" keçirilmiş, yarmarkada 32 müəssisədən 281 boş iş yeri təqdim olunmuş, 82 nəfər daimi işlə təmin olunmuşdur. Cənab Prezidentimizin diqqət mərkəzində saxladığı məsələlərdən biri olan əhalinin özünüməşğulluğunun təmin olunması ilə əlaqədar rayonumuzda özünəməşğulluq proqramına 128 nəfər cəlb olunmuş, 125 nəfərin öz biznes ideyalarına uyğun olaraq biznes planları Dövlət Məşğulluq Xidmətinin komissiyası qarşısında uğurla müdafiə edərək məğbul qiymət almış, artıq onlardan 111 nəfəri aktivlərlə təmin olunmuş, biznes fəaliyyətinə başlamış, hazırda aktivlərin verilməsi işi davam etdirilir.Rayonda sahibkarlığın inkişafına diqqət xeyli artırılmış, əhalinin pay torpaqlarından istifadəsinin səmərəliliyi yüksəldilmişdir. Bütün bunlar əhalinin işlə təmin olunmasına, həyat səviyyəsinin yaxşılaşdırılmasına, yoxsulluğun azaldılmasına şərait yaratmışdır. Respublika Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə rayonda sahibkarlığın inkişafı üçün 2018-ci ildə rayonun 6 sahibkarına 1 milyon 52 min manat məbləğində kredit verilmiş və nəticədə 141 yeni iş yeri yaradılmışdır.2018-ci il ərzində əhaliyə 87,075 min manat pullu xidmət göstərilmişdir ki, bunun da 7,2 faizi və ya 6417,0 manatı dövlət, 92,8 faizi və ya 80658,2 min manatı isə qeyri dövlət sektorunun payına düşür. 2018-ci il üçün rayon büdcəsi mədaxil və məxaric üzrə 6 milyon 182 min manat təsdiq edilmişdir ki, yerli gəlirlər planı 6 milyon 329 min manat təşkil etmişdir. Yerli gəlirlər planı ümumilikdə 102,4 faiz yerinə yetirilmişdir. Rayonda fəaliyyət göstərən sənaye müəssisələri tərəfindən 72,5 mln manatlıq və ya ötən ildən 4,2 faiz artıq sənaye məhsulu istehsal edilmişdir. Özəl sektorun sənaye məhsulunun istesalında çəkisi 91,1 faiz olmuşdur. Rayon üzrə orta aylıq pensiyanın məbləği 190,30 manat, o cümlədən yaşa görə pensiyanın orta aylıq məbləği 195,35 manat olmuşdur.Hesabat dövründə rayon üzrə 4346 nəfərə sosial müavinət, təqaüd, kompensasiya və digər sosial ödənişlər üzrə müavinətlərin ödənişi aparılmışdır. Məlum olduğu kimi Ölkə rəhbəri rayon icra hakimiyyəti başçılarının qarşısında rayona yatırılan investisiyaların artırılmasına diqqət yetirilməsinə dair tapşırıq vermişdir.
Rayonumuzda sahibkarlara yaradılmış münbit şərait nəticəsində 2018-ci ildə Kürdəmir rayonu üzrə cəlb edilmiş özəl investisiya layihələrinin ümumi dəyəri 156 milyon 110 min manat təşkil etmiş, bundan 2018-ci ildə 34 milyon 480 min manat vəsait xərclənmişdir.Sərmayələr əsasən səneyinin inkişafına, tikinti, emal müəssisələri, kənd təsərrüfatının inkişaf etdirilməsi kimi layihələrə cəlb edilmişdir. Layihələr istixanaların tikilməsi, aqroparkların salınması, nar bağlarının genişləndirilməsi, hotelçilik və istehsal müəssisələrinin yaradılması ilə əlaqədar olmuşdur.
(ardı növbəti sayımızda)
Məzahir ƏHMƏDZADƏ