adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 May 2019 16:47
19953
ƏDƏBİYYAT

ULU OCAQ

ULU OCAQ

Körpə-körpə közlərimin,

sovrulduğu ocaq,hey!

Qanlı-qanlıdizlərimin, quruduğuocaq, hey!

Odlu-odlu sözlərimin,

qovrulduğu ocaq, hey!

Altındakı izlərimin,

qarıdığı ocaq, hey!

Dərdə qatlana-qatlana,

bu ildən o iləkeçdik.

Səndən atlana-atlana,

dilim-dilim alov içdik.

Kösöv köksümə saplana,

nəyi əkdik, nəyi biçdik?

Yenə igidlər toplana,

yarıdığı ocaq, hey!

İstisinə yarımadıq,

tüstüsünə kor olanda,

Niyə, nədən aramadıq,

yerimizdə qor olanda?

Budaqların daramadıq,

ağacların dar olanda,

Tanrı qutsal soramadıq,

aradığı ocaq, heyyy!!!

Vətən

Deyirlərqartala oxşayır, amma...

Qurd yemişyarpağa bənzəyir Vətən!

Naxçıvanaralı, Qarabağ darda,

İncimiştorpağa bənzəyir Vətən!

Çoxsorğu-sualvar dilimiz üstə,

Kəsilirbaşımız dinimiz üstə,

Araz da"dağ olub" sinəmiz üstə,

Susamışdodağa bənzəyir Vətən!

El-eldənayrılıb düşüb aralı,

Biri can üstədir,biri yaralı,

Yıxıbevimizi, yıxıb "haralı?",

Kərkükdəirağa bənzəyir Vətən!

Zamanınüstündə çəkildin dara,

Başın haradüşdü, bədənin hara,

Bölünüb dördyerə, oldun dörd para,

Qırılmışçarmıxa bənzəyir Vətən!

Göyçə

professor Eldar Qocayevə

Cilovlayıb qəzəbini,səbrini,

Göyçəlilərdağıldılar Göyçədən!

Tərk eləyibƏləsgərin qəbrini,

Göyçəlilərdağıldılar Göyçədən!

Göyçə gölübaxıb qara bağladı,

Köçənlərinarxasınca ağladı,

Yurd həsrətiürəkləri dağladı,

Göyçəlilər dağıldılar Göyçədən!

Ağrı dağı nələrgördü, yaşadı,

Köçən elinağır yükün daşıdı,

Sızıldayan ürəyiminbaşıdır,

Göyçəlilərdağıldılar Göyçədən!

Elsiz aşıq,dur sazını çal indi,

Havalanıb tellərini yolindi,

Ha baxsan dageri dönmür yol indi,

Göyçəlilərdağıldılar Göyçədən!

Köçkünləringözlərindən qəm baxır,

Yağı düşməntariximə kəm baxır,

İrəvanımxalsız qalıb darıxır,

Göyçəlilərdağıldılar Göyçədən!

Şuşa

Başının üstündə nəm çəkənbulud,

Suyunda gözümün suları,Şuşa!

Qəhr olsun zəmanə, qəhəriniud,

Göynəyir qəlbimin qübarı,Şuşa!

Səndə əsrlərin yanğılı səsi,

Ovunmaz Seyidin, Xanın naləsi,

Böyük Üzeyirin ölməz həvəsi,

Qaldı Natavanın məzarı,Şuşa!

Lalələr göz açıb üzə güləndə,

Sənsiz yaz gələndə, bahar gələndə,

Düşmən qəh-qəh çəkib bizəgüləndə,

Gələrmi könlümün baharı,Şuşa?!

Çiçəklər çiçəyi-xarıbülbülü,

Qoydu qəm içində yarı bülbülü,

Hicran atəşində sarıbülbülün,

Düşməni kəsibdir yolları,Şuşa!

Sən könül mülkünün sultanıidin,

Qoca Qarabağın tərlanıidin,

Acı xəyanətin qurbanı idin,

Tarix unudarmı bunları,Şuşa?!

Xocalı qırğını

Bu sənin qan yaddaşın,

Bu sənintarix daşın,

Harda qaldıqardaşın,

Kəsilən zamanbaşın?!..

Baxın, diqqətləbaxın

Soyqırımtarixinə!..

Bu hansı dinəyaxın

Sığar buhansı dinə?!

Nə qocayaacıyıb

Nə uşağabaxdılar...

Dişləriniqıcayıb

Süngülərətaxdılar!

Gəlinləri qulkimi,

Əsir apardıdüşmən...

Qırılmışsazın simi

Mənəm ətiçimçəşən!

... Xocalıeli vardı,

Bir zamanlarburada,

Torpağı qansuvardı,

Kimsə yetmədidada!..

Olmadı

Sərraf Şiruyəyə

Üzü dönük dostlarla bir

Düşmənimiz mərd olmadı.

Allah bizə verdi səbir

Kasıbçılıq dərd olmadı...

Yolumdan yığanda daşı,

Çoxunun çatıldı qaşı.

Allahın mənlə nə işi,

Dua etdim vird olmadı...

Mənəm "Göyçə gülü ” solan,

Xain qonşu - əfi ilan

Babalardan miras qalan,

Nəvələrə yurd olmadı...

Tər içində odun yardıq

Ustad, alovsuz yanardıq,

Nərd olanda zər axtardıq,

Zər olanda nərd olmadı...

Götürmə məni

Beşikdən sallana-sallana,

baxıb ağına-bozuna,

bu Allah sevgisiylə,

qışda üşüyə-üşüyə,

yayda qızına-qızına,

bir ox kimi
çıxmaq istəyirəm zamandan,
heç əzəldən yox kimi,
çıxmaq istəyirəm oyundan...

İşıq sürəti ilə,
bu Yerin ətrafına,

fırlana bilsəm əgər,

üç saniyə içindəbu nəişdir, İlahi,

burda milyon il keçər?!

Qısılıb zamansızlığın,

bir yaşıl gecəsinə,
qulaq asa biləydim,

Peyğəmbərin səsinə!..

Təmizlə ruhumu, təmizləsözüm,

izlərin içində görünsünizim!

Babamın qırışlı əllərikimi,

Arazın lilli dilləri kimi,

Mənə dərd verilib özümdənböyük,

Bu dərd bu dünyanın gözündənböyük,

Torpaq, bu dərdlə götürmə məni,

bu DƏRD hər kəlməmdən,sözümdən böyük,

Torpaq bu dərdlə götürmə məni!..

Bayraq

Qaldırdığın bubayrağın,

Vətən üçün ölaltında!..

Külək sovurduqalmadı

Bircə közün külaltında?!..

Gül açdı güllərüstünə

Uzandı əllərüstünə.

Töküldü illərüstünə

Qaldın neçə il altında!

Dörd yolayrıcında otur

Hər gedən biryoldan batır.

Tanrının hikmətiyatır

Düzəltdiyi gilaltında!..

Söz qanadlı kəhərimvar

Açılası səhərimvar,

Bircə damcı "zəhərim”var

Ölmək üçün dilaltında!

Moskva gecələri

əmim Əlipənaha

BuraMoskvadır, hər üzü soyuq,

Donur kipriklərdəgöz yaşları da!

Burda qəriblərinqəlbləri sınıq,

Yad olur ən yaxınyoldaşları da!

Burda məzarlarda qəribdir, qərib,

Don vurubşaxtadan göyün üzü də,

Bu qərib məzarlardoğma istəyir,

Gəlib nəfəsiyləonu isidə!..

BuraMoskvadır, burda ümidlər,

Boy atıbsoyuqdan cücərə bilmir,

Gəlib qəribliyədüşən igidlər

Burda axıradəkbacara bilmir!

Burda rast gələrsənhər addımbaşı,

Ümidinitirmiş qərib izinə,

Axar ürəyinəgözünün yaşı,

Gecələr xaç çəkirAyın üzünə!..

Köçür

Adil Şirinə

Qələmi dəryazdır,fikri yaşıl ot

Alıb qələm ilə özünü biçir.

Laçındağlarında şirin yuxular

Əyilibbulağın gözündən içir!

Hərəyə birqismət yazıb ilahi

Hər şeyiyerinə düzüb ilahi!..

Yaman səbirlisən,dözüb ilahi,

Bu qədərhaqsızlıq ömürdən keçir!

Ürəyinağrıyır yurd itkisinə

Dağlar harayverər qurdun səsinə.

Qocalanzamanda düşən nəşinə

Qartallar ən uca zirvəniseçir!

Get-gedəsoyuyur yaman havalar,

Gözləyərsahibin qərib yuvalar.

Laçındağlarından keçən durnalar

Bir şair könlüdəsizinlə köçür!

Yataqxanada

Oyandım bu ömrün "çığırtısına”

Bu nə "səs-səmir”diryataqxanada.

Bu uçuq divarlar, bu laldivarlar

Ömrümü gəmirdiyataqxanada...

Bir ev arzu kimi çəkildigöyə,

Yedilər haqqımı, yedilərniyə?!..

Gözlərim yol çəkirümidsizliyə,

Ürəyim əsirdiryataqxanada...

Acı bağırsaq tək uzanır ömür

Batan bir arzunu çıxan hagörmür!

Siqaret kötüyünsümürhasümür

Əllərim kömürdüryataqxanada...

Uçub dəhlizində yox olur ətir,

Havası kiflənib gözümüdidir,

İlahi, bu ömrü kirayəgötür,

Bu da bir ömürdüryataqxanada...

Qoruyumvətən

De, hansı yarana məlhəmbağlayım,

De, hansı yaranı sarıyım, Vətən?!

Qürurum yol vermir, sıxım,ağlayım,

De, necə işinə yarayım, Vətən?!

Axan sularında yuyumbaşımı,

Qoyum dizlərinə, qoyumbaşımı,

Dönsəm küləklərə, çatmaqaşını,

Ağaran saçını darayım, Vətən!

Müqəddəs nemətdir torpağın,suyun

Məni öz yurdumda torpağaqoyun.

Günahım var isə yağışlaryusun,

Soyuq daşın kimi quruyum, Vətən!

Sən ülvi diləksən, diləyimiçrə

Havamsan, suyumsan çörəyimiçrə,

Çəkim xəritəni ürəyim içrə

Səni ürəyimdə qoruyum, Vətən!

BAĞIŞLAMA

general-polkovnikcənab Zakir Həsənova

Keçirib qılınc altından

Yalıncığıbağışlama!

Mərdlərisalıb atından?

Alçağlığıbağışlama!

Vur namərdi vermə aman

Vurub olsanda peşiman!..

Fürsəttapsa əfi ilan

Olur yağı,bağışlama!

Çörəyi diziüstündə

Olan qalsınyaman gündə...

Düşmənə dərs ver, yerin de

Yapalağıbağışlama!

Həsrətdən gözləri dolan

Yurd-yuvası talan olan,

Şəhidqanıyla yoğrulan

Bu torpağıbağışlama!

ŞUŞANIN İŞĞAL GÜNÜNƏ

Şuşanın işğal günündə

İnlədi Şuşa, ağladım.

Albertin tankı önündə

Yazılan daşa ağladım.

Şəhidlərin baş daşına

Qara yazıldı yaşına...

Qardaş darda qardaşına

Düşmədi başa ağladım...

Əsir düşdü xarıbülbül

Uçub getdiyarı- bülbül

Açılırmı Şuşada gül

Bu əcəb işə ağladım?!..

Qacaraboyun əyməyən

Zirvəsibuluda dəyən...

Ağ atlımız-başsız yüyən

Kəsilənbaşa ağladım...