adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
23 Aprel 2018 15:17
14757
MƏMLƏKƏT

TƏHSİL NAZİRLİYİNƏ

Nazirliyinhörmətli rəhbərləri, hələ düz bir il bundan qabaqdan bilirsiniz ki, aprelin 23-dənmayın 1-dək Bakıda Formula-1 yarışları keçiriləcək. Bununla əlaqədar bir çox küçələrbağlanacaq, tıxaclar yaranacaq, gediş-gəlişçətinləşəcək.

İndiuşaqların dərsə getməsi Marsa uçmaq qədər çətinləşib, bir çox məktəblərə getməkisə mümkünsüzdür.

Qardaşölkədən örnək götürə bilərdiniz. Türkiyədə iqlimlə əlaqədarolaraq, yaxud hansısa böyük tədbirlərlə bağlı məktəblərdə məcburi tətil elan edilir. Bəzən bir gün, bəzən iki gün,bəzən də bir həftə çəkir.

Sizdə belə bir addımı ata bilərdiniz, aprelin23-dən mayın 1-nə qədər məktəbləri tətilə buraxa bilərdiniz. Ən azı həmin bölgəyəyaxın məktəbləri.

Hələgec deyil, fikirləşməyə dəyər. Valideynlərə və körpələrə yazığınız gəlsin.

Barıheç olmasa aşağı sinif şagirdlərinə tətilverin, yuxarı sinif şagirdləri onsuz da məktəbəyox, repititor yanına gedirlər.