adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
04 Yanvar 2019 00:36
9479
ƏDƏBİYYAT

Ramiz İsmayıl Xırdalan.ş.


Bayram, bizə gəlmə...

(Zarafatyana)

Hər millətin öz bayramı,
Ruzi-çörək,duz bayramı,
Neyləyirik biz bayramı?
Qiymətlər ki, qalxır şaha
Bayram, bizə gəlmə daha.

Namaz qılıb öyünənlər
"Qəlbi xalqla döyünənlər"
"Quran"dan don geyinənlər
Hər gün batır yüz günaha
Bayram, bizə gəlmə daha.

Oruc tutan "mömin"bəndə
Əl uzadır minbir fəndə,
Haram qatır yağa, qəndə,
Ucuz alıb satır baha
Bayram,bizə gəlmə daha
Kasıb həsrətdir bazara.
Əlac tapmır dərd-azara
Nisyələrdən gəlib zara
Ümüdü yoxdu sabaha.
Bayram,bizə gəlmə daha

Hələ bir göy satana bax,
Sən südə su qatana bax,
Qəssaba-şarlatana bax
Allahını tanmır ha.
Bayram,bizə gəlmə daha

Bu təzə il, bu Ramazan,
Ocaqda qaynamır qazan
Bayramlardan şeir yazan
Ramiz ant verir Allaha
Bayram bizə gəlmə daha.