adalet.az header logo
  • Bakı 23°C
  • USD 1.7
09 Yanvar 2018 21:48
38554
ƏDƏBİYYAT

Professor Hacı Çərkəz Cəfərov

Xatırlatmaq istəyirəm ki, Çərkəz Cəfərov mənim kəndlim və qohumumdur. Mən həm də onu tibb sahəsində məşhur bir alim kimi tanıyıram. Onun "Etiraf" kitabını oxuyandan sonra mən də etiraf etdim ki, onun haqqında olan məlumatım azdır. O, həmin kitabın tarix bölümündə tariximizi elə şərh edib ki, sanki müəllif məşhur bir tarixçidir. Tibb bölümündə isə dünya təbabətində görünməmiş ilk yenilik, traxeyanın, qida borusunun dəyişdirilməsidi Bunu Ç.Cəfərov gerçəkləşdirib. Və bu mövzuda doktorluq işi yazıb müdafiə etmişdir. Bu gün də dünya onun bu ixtirasından istifadə edir.
Təqribən 20 ilin söhbətidir. Bir dostum mənə dedi ki, qızım uşaq vaxtı karbit udub, qida borusu zədələnib, bu səbəbdən orqanizmi inkişafdan qalıb. Almaniyada əməliyyat olunmalıdır. Əməliyyat üçün 10 min dollar istəyirlər. Moskvaya apardıq, orada dedilər ki, dünyada bu işin müəllifi professor Ç.Cəfərov sizin yerlinizdir, xəstəni aparın onun yanına. Öyrənmişik ki, həkim qohumundur. Sən bizi ona tapşır.
Həmin qızın əməliyyatı çox uzun çəkdi, O, əməlıyyat otağından çox yorğun çıxdı. Səhərisi getdim yanına, dedi ki, etdiyim ağir əməliyyatlardan biri də bu oldu.
Ç.Cəfərovun həyatında olan əlamətdar hadisələrin biri də onun doğulduğu kəndlə əlaqədardır. XIX əsrin ikinci yarısında Dəmirçi kəndindən olan İmam Rzanın oğlunun qəbri açıldı. Qəbirdə sanki imamın oğlu yatımışdı. Bu hadisəyə 12 nəfər tayfa ağsaqqalları şahidilik etmişdi. Həmin bu imam balası Bibiheybət və Nardaran pirlərində olan xanımların qardaşıdır. Bu tarixi fakt uzun bir hekayədir.
Dəmirçi kəndi dünyada yeganə kənddir ki, orada imam məzarı var.
Bu şeiri "Etiraf" əsərini oxumamışdan əvvəl yazmışam.

Elin gərəyi

Elimin, obamın ərən payısan,
Ərənlər səfdə, ərən tayısan.
Əllərin şəfadər hər cür arizə,
Adının hörməti fəxridir bizə.

Hər bir ariz qəlbə şəfa verənsən,
Xəstəni dindirib qəlbin bilənsən.
Yaxına uzağa qayğınız birdi,
İnsani simanın varlığı sirdi.

Adın çəkiləndə artır fəxrimiz,
Elliklə sevinir, bil, hər birimiz.
Allahdan bir paysan sən elimizə,
Səni çox görməsin heç zaman bizə.

Köksündə var ürək, özün bir ürək,
Bu elə, obaya sən böyük gərək.
Tibbin tavanının sənsən dirəyi,
Yüz yaşa, daima, elin gərəyi.

Etiraf əsərini oxuyandan sonra
bu şeiri yazdım.

Etiraf

Sənin o yazdığın "Etiraf" əsər
Tarixdi, elmdi, mənəviyyatdı.
Çoxsa da əyrilər ,bütövün kəsər.
Onun hər sətiri canlı həyatdı.

Tarixdən yazmısan tarixim mənim.
Elmdən bəhsinsə bir kainatdi.
Tarixi bölməndi düşmənə qənim.
Yazdın mənəviyyat uca həyatdı.

Bütövün oxuyub bir şeyi andım
Hər bir sətirindən məğrurluq gəlir.
Meydanda qılınclı ərənim sandım,
Əyilməz vüqarı düşməndə bilir.

Mən elə bilirdim təkcə alimsən,
Etiraf oxudum gördüm ki, xeyr,
Hər bir sətirindən bildim ki, kimsən
Etiraf milyon il əvvəldən deyir.

Yazdın tariximi nöqtə vergüllə,
Yazdın Azıx mənəm, Urartu mənəm.
Vurdun düşmənlərin beyninə güllə,
Dedin Həzrət qızı olubdu nənəm.


Bütün zirvələri verən özüdür,
Zirvəni qazanmaq zəhmətin barı.
Hər bir an zikirin Allah sözüdür,
Zamanın həm fəxri, isməti, arı.
Haralı sözündən xoşum gəlməyir.
Imam Rza oğlu məzarı burda.
Bəli Dəmirçidə, çoxu bilməyir.
Guman ki, bu sirr açılar surda.

Bəlkə də səbəb bu doğulan burda
Baş əymir qılınca, mənsəbə, pula.
Məqsədi xidmətdir müqəddəs yurda
Burada nifrət var, altuna-qula.


Ərən oğlu ərənə

Sən ey ərən oğlu, həm özü ərən,
Məkirli qəlbləri o həmən görən.
Tarixin xalqına sən şirin payı,
Mərdlər meydanında olmayan tayı.

"İnna lillahi"ni əzbər eyləyən,
Bu zikri daima pünhan söyləyən.
Həyatda hər nə var görürsən orda
Bununçün amalın qalmayıb darda.

İnşallah xəbislər önündə zəlil,
Çünki nicat sənə O, adı Xəlil
Mini duman ola, mini çən ola
Təsir edə bilməz getdiyin yola.

Bir şam ki, şöləni oradan ala
Dörd bir tərəfinə o şölə sala,
Nə tufan, nə yağış söndürə bilməz,
Səni istəməyən həyatda gülməz.

Diliylə ürəyi bir olan kəssən,
Məlunun dilini hər zaman kəs, sən.
Dərgahdan qovulub haqdan kənardı,
Sən adil insana, yaradan yardı.

Hacı Paşa Ağaoğlu
01 yanvar, 2018-ci il