adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
26 Oktyabr 2019 15:12
71700
MƏDƏNİYYƏT

Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədii məclis - FOTO

Azərbaycanıngörkəmli şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə ədəbi-bədiiməclis keçirilib.

Azərbaycan xalqının dünyamədəniyyətinə bəxş etdiyi böyük söz ustaları içərisində diqqətəlayiq yer tutan,bədii və fəlsəfi fikir tarixində dərin iz qoyan mütəfəkkir şair Seyid İmadəddinNəsiminin zəngin irsi bu gün də insanların mənəvi-əxlaqi kamilləşməsində mühüməhəmiyyət kəsb edir.

Bu il Nəsimininanadan olmasının 650 illiyi tamam olur. Azərbaycanın ədəbi-mədəni fikir tarixininbu əlamətdar hadisəsinin dövlət səviyyəsində layiqincə qeyd edilməsi məqsədiilə Azərbaycan Respublikası Prezidentinin "Böyük Azərbaycan şairi İmadəddinNəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabrtarixli 689 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının NazirlərKabinetinə müvafiq tədbirlər planının hazırlanıb həyata keçirilməsitapşırılmışdır. Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddinNəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə "Nəsimi ili” élanetmişdir.

Bu məqsədlə AMEAN.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional filialı,Kürdəmir Regional Mədəniyyət İdarəsi ilə birlikdə bir sıra kütləvi tədbirlər hazırlayıbkeçirmişdir. Belə ki, bir neçə mərhələdə keçirilən Nəsimi qəzəllərininmüsabiqəsi, "Nəsimi sözünün qüdrəti” adlı elmi-praktik konfrans, "Nəsimişagirdlərin gözü ilə” praktik seminar "Nəsimi ili” çərçivəsində keçirilənsilsilə tədbirlərdəndir.




Nəhayət çoxdangözlənilən Nəsiminin 650 illik yubiley tədbirinin yekunu – ədəbi-bədii məclisoktyabrın 25-də regionun ən böyük mədəniyyət ocağı olan İmişli rayon MədəniyyətMərkəzində baş tutdu.

Məclisi giriş sözüilə AMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regionalfilialının müdiri filologiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı açaraq klassikAzərbaycan ədəbiyyatının ustad şairi, XIV əsrin sonları, XV əsrin əvvəllərindənbaşlayaraq müasir dövrümüzə qədər Yaxın və Orta Şərqin ədəbi-ictimai fikriniməşğul edən, öz sənətkarlığı, dili, üslubu, ifadə tərzi, fəlsəfi ideyaları,dünyagörüşü, ictimai fəaliyyəti, mübarizəsi və şəxsi mərdliyi sayəsində böyükşöhrət qazanan, yaşadığı dövrdə və özündən sonra yetişmiş bir çox sözustalarına, şair və aşıqlara güclü təsir göstərən, onların yaradıcılığına nüfuzedən İmadəddin Nəsiminin sənətkarlığından danışdı.

AMEA Şərqşünaslıqİnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva "Nəsimininhəyatı öz qələmi ilə” mövzusunda çıxış edərək Allahla təbiətin, idrakla eşqinvəhdəti prinsipindən çıxış edən, varlığın sirrini səsdə, hərfdə, sözdə görən,xalqı xaliqdən ayrı düşmüş zərrə sayan və o zərrrəni öz tamına qovuşdurmağaçağıran bir ideologiyanı füsunkar şeir dili ilə yayan Azərbaycanlı şairin şəxsiyyətini,obrazını tamaşaçılara çatdırdı.

Məclisin qonağı olanAMEA N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Komparativistika vəbədii tərcümə şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor ŞəfəqƏlibəyli "Nəsiminin farsca "Divan”ının özəllikləri” mövzusunda çıxış edərəkAzərbaycan, Orta Asiya, Anadolu, İran, İraq, Ərəbistan və Şərqin bir çox mədənimərkəzlərində geniş yayılmış, Şərqin bir çox əlyazma xəzinələri və kitabxanalarınınfəxri olan şairin "Divan”ının farsca nüsxəsi haqqında tamaşaçılara ətraflıməlumat verdi.

Məclisin musiqili qonaqları Əməkdar Mədəniyyətişçisi Aşıq Ağamurad Şirvanlı, Əməkdar Mədəniyyət işçisi, balaban ifaçısı RasimƏləsgərov, 5-ci Televiziya Muğam Müsabiqəsinin qalibi Nisbət Sədrayeva, xanəndəElbrus Niftəliyev, Altay Niftəliyev, Araz Ağaverdiyev, qiraətçi Hacı FərəcƏliyevin ifaları tamaşaçıların alqışları ilə qarşılandı. Şagirdlər arasındakeçirilən Nəsimi qəzəllərinin müsabiqə qalibi Kürdəmir şəhər 3 saylı tam ortaməktəbin şagirdləri Sahilə Abdullayeva və Toğrul Məmmədəliyevin çıxışı damaraqla qarşılandı.

Məclisdə Beyləqanrayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Gənclik Xalq Teatrınınaktyorları Elnur Abbasov, Əbdülhəsən Tağıyev "Mən bu cahana sığmazam”tamaşasından bir səhnəni mümayiş etdirmişlər.

İmişli rayonMədəniyyət Mərkəzinin əməkdaşları Sərvər Şirinov, Sənəm Məmmədli, Baxış Babaşov,Elnur Məcidov, Kərim Əhmədov hazırladıqları "Nəsimi” kompazisiyasını datamaşaçılar alqışlarla qarşıladılar.

Tədbirdə səhnədəquraşdırılmış monitorda Dövlətimizin Nəsimi irsinə verdiyi dəyər, "Nəsimi ili”çərçivəsində dövlət tədbirlərini əks etdirən sujet, "Nəsimi” filmindənfraqmentlərin nümayiş etdirilməsi məclisi daha da rövnəqləndirdi.

Tədbirin yekununda İmişli rayon İcraHakimiyyətinin başçısı Vilyam Hacıyev çıxış etmişdir.