Nə günə qalmışıq ki, pişikdən də qorxuruq!
Təzə evə köçmüşəm. Gecənin bir aləmində pəncərədən tıqqıltı səsi gəlməyə başladı. Səs yuxudan oyatdı məni. Ev əhli xorxa-xor yatırdı. Heç kəsi oyatmadan səsə doğru getdim. Ürkə-ürkə həyətə çıxdım. Qaranlıq və sükut vardı. Qanrılıb pəncərə tərəfə boylandım. Ala-bula pişik məni görüb pəncərədən yerə tullandı. Gör nə günə qalmışıq ki, pişikdən də qorxuruq.
Digər Xəbərlər
02 May 2024 17:40