Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib
İyunun 16-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib.
Milli Məclis Aparatının Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Adalet.az -a verilən məlumata görə, komitənin sədri Bəxtiyar Əliyev bildirib ki, gündəliyə "Dövlət rüsumu haqqında”, "Dövlət qulluğu haqqında”, "Peşə təhsili haqqında”, "Ümumi təhsil haqqında” və "Məktəbəqədər təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə bir məsələ daxil edilib.
Qanun layihəsi "Təhsil haqqında” və "Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” 2020-ci il 24 aprel tarixli 58-VIQD nömrəli Qanunun icrası ilə əlaqədar hazırlanıb.
Adıçəkilən qanuna əsasən, Azərbaycan Respublikasında dövlət təhsil müəssisələrinin fəaliyyəti üçün lisenziya tələbi aradan qaldırılıb. Bununla da dövlət təhsil müəssisələri istisna olmaqla, hər bir təhsil müəssisəsi təhsil fəaliyyəti göstərmək üçün "Lisenziyalar və icazələr haqqında” qanunla müəyyən edilmiş qaydada lisenziya almalıdır. Qeyd edilib ki, "Dövlət qulluğu haqqında” Qanuna təhsil müəssisəsi və təhsil pilləsi ilə bağlı təklif olunan dəyişiklik isə dəqiqləşdirmə məqsədi daşıyır.
Sonra komitə üzvləri gündəlikdəki məsələni yekdilliklə Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə ediblər. Onlayn iclasda komitə üzvləri Musa Qasımlı, İsa Həbibbəyli, Ceyhun Məmmədov, Aqiyə Naxçıvanlı, Ülviyyə Ağayeva, Tamam Cəfərova, Etibar Əliyev, Kamilə Əliyeva, Afət Həsənova, Rafael Hüseynov, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Müşfiq Məmmədli, Şahin Seyidzadə və Fatma Yıldırım iştirak ediblər.
Gündəlikdəki məsələnin müzakirəsi yekunlaşdıqdan sonra komitə sədri Bəxtiyar Əliyev koronovirusla mübarizədə deputatları daha diqqətli olmağa, özlərini və yaxınlarını qorumaq üçün pandemiya rejiminin tələblərinə həssas yanaşmağa çağırıb.
Nicat Novruzoğlu
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41