“Kömək istədi, etdim. Günah məndədir” – 50 yaşlı qadın saxlanıldı – VİDEO
Paytaxt sakini 50 yaşlı Sultanxanım Tərhet qızı Əliyeva Solmaz adlı qadına qarşı dələduzluq etdiyi üçün Suraxanı Rayon Polis İdarəisnin əməliyyatçıları tərəfindən saxlanılıb.
Adalet.az ARB TV xəbər verir ki, saxlanılan Sultanxanım Əliyeva istintaqa ifadəsində Solmaz xanımdan təxminən 10 min manat dəyərində yataq dəsti götürdüyünü etiraf edib.
Tərəflər arasındakı razılığa əsasən Sultanxanım götürdüyü malların pulunu onları satdıqdan sonra qaytarmalı imiş. Lakin o, 4 ay ərzində Solmaz xanımdan götürdüyü malları satıb və ona pul verməyib. Zərərçəkən bir müddət gözləyib, pulunu ala bilmədiyində polisə müraciət etməli olub.
Sultanxanım Əliyeva – Saxlanılan şəxs: "Türkiyədən gələndə dedi ki, mal var. Dəsmal, pastel idi. Məndən kömək istədi. Dedim bəli, edərəm. Malı xırda–xırda götürdüm. Satmışam, səhlənkarlıq edib pulu verməmişəm. Günah məndə olub. O da gəlib heçnə demirdim, amma sonuncu dəfə mübahisəmiz oldu. Mənim ona ağır söz deməyə haqqımda yoxdu. Çünki günah məndədir”.
Saxlanılan Sultanxanım Əliyevanın oxşar cinayətlərdə iştirakı istisna edilmədiyindən polis onun anoloji cinayətlərdə iştarıkının olub olmamasını araşdırır.
Faktla bağlı başlanan cinayət işi üzrə araşdırmalar davam edir.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21