adalet.az header logo
  • Bakı 13°C
  • USD 1.7
15 Fevral 2017 22:15
4027
HADİSƏ

Jurnalistləri canlı yayımda güllələdilər - VİDEO

Dominikanda yerli radiostansiyanın jurnalistləri canlı yayımda güllələnib.

"The Guardian” qəzetinin yaydığı məlumata görə, insident San-Pedro de Makoris şəhərində baş verib. Bir qrup silahlı şəxs 103FM radioqovşağına soxularaq əməkdaşlara atəş açıb.

Atəş səsləri "Facebook” sosial şəbəkəsinədə canlı yayımda aydın eşidilib.

Silahlı hücum nəticəsində aparıcı Luis Manuel Medina və prodüser Leo Martines həlak olub. Ağır yaralanan daha bir qadın jurnalist isə hospitala yerləşdirilib.

Cinayəti törətməkdə şübhəli bilinən üç nəfər həbs olunub.