adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
22 Sentyabr 2014 23:58
22292
HÜQUQ

İŞİD-lə mübarizədə qərarları dərhal vermək olmaz-Türkiyə

ABŞ dövlət katibi Con Kerrinin İŞİD-lə mübarizədə "diplomatlar girovluqdan qutarıldı, Türkiyədən daha çox dəstək gözləyirik" sözlərinə AKP hökümətindən cavab gəlib.

Türkiyə baş nazirinin müavini Bülənt Arınc Kerriyə cavab olaraq bildirib ki, İŞİD-lə mübarizədə qərarları dərhal vermək olmaz.

"İnsanları yox edən təşkilatlara qarşı mübarizədə Türkiyənin böyük qatqısı olacağı şübhəsizdir. Amma bu bizə verilən "rollar"ın dərhal qəbul ediləcəyi mənasını verməz. Terror təşkilatları ilə mübarizə mövzusunda Türkiyə üzərinə düşəni əlbəttə edəcək. Amma bunu ağıllı şəkildə edəcək. İşin əvvəlini və sonunu düşünərək həyata keçirəcək. Bunun Türkiyəyə faydası və ya zərəri haradadır, onu düşünəcək", deyə Bülənt Arınç bildirib.

İŞİD-ə qarşı qurulan beynəlxalq koalisiyaya Türkiyənin qoşulacağı ilə bağlı suala konkret cavab verməyən Bülənt Arınç dünyada terrora qarşı mübarizədə bütün ölkələrin ortaq hərəkət etməli olduğunu deyib.