adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
30 Sentyabr 2014 15:57
8549
MƏMLƏKƏT

İnkişaf edən cəmiyyət inkişaf edən qadından keçir

Qadınlarınildən-ilə sosial, ictimai-siyasi sahələrdə söz sahibi olmaları, əlbəttə ki,ürəkaçandır. Adətən, cəmiyyətin tərəqqisi, dövlətin dünyəviliyi, nə qüdrətdisə,qadınların sosial-ictimai səviyyəsi, mövqeyi ilə ölçülür. Maraqlıdır ki, həttaən inkişaf etmiş ölkələrdə də belə ölçügötürmələr nəzərə alınır. O ölkənin ki,qadınının ictimai-siyasi mövqeyi yüksəkdir, deməli həmin ölkə tərəqqi etmiş, öndəolan ölkələrdən hesab olunur, başqa sözlə dünya anlayır ki, inkişaf edəncəmiyyət və dövlət inkişaf edən qadından keçir. Necə deyərlər "Qadın güləcəksə,bəşər güləcək”. Əlbəttə ki, dünyanın bir çox ölkəsinin qadını hələ ki "ağlar” vəziyyətdəqalıb. Amma o da sevindiricidir ki, son illər Şərq qadınları ictimai, elmi, mədəni,siyasi dairələrdə tez-tez təmsil olunmağa başlayıblar.

Azərbaycan qadınların sayılıb, əziz tutulduğu ölkələrdəndir.Ta qədimdən Azərbaycan xalqı qadınla bağlı hər bir məsələyə həssas yanaşıb,qadına hörmət olunub, mövqeyi qorunub. Amma ikincilik statusunu adlaya bilməyənqadınlarımız cəmiyyətdə çox zaman özlərinin seçdiyi yox, onlar üçün seçilənmövqedə dayanıblar. Həmsöhbətim – Teleqraf Holdinqin rəhbəri, Publika.azsaytının baş redaktoru Aynur Camal hesab edir ki, bunun səbəbini qadınların özlərində axtarmaqlazımdır: "Bu bir az daqadınların öz gunahıdır. Qadınlar siyasi sosiallaşma prosesində fəal iştiraketmirlər. Mentalitetvə s. mane olur. Bir coxhallarda qadının analıq vəzifəsi də onun özünü karyeraya həsr etməsinə imkan vermir. Ammasevindirici haldırki, dövlət özü bu məsələdə prinsipiallıqnümayiş etdirir. Qadınların ictimai-siyasi proseslərdə, idarəetmədə,  siyasi qərarlarınqəbul olunması prosesində iştirakını tənzimləmək üçün önəmli addımlar atır.Gender bərabərliyi haqqında qanun qəbul olunub. Parlamentdə qadın deputatların sayı hər seçkidə artır. Dövlətstrukturlarında qadınlar yuksək vəzifələrə irəli çəkilirlər. Amma,əlbəttə, say etibariləbu azdır.Qadınlar bu prosesdə daha fəal iştirak etməlidirlər.”

 

Əlbəttə, təqdirəlayiqdir ki, son illər ölkədəqadın problemlərinin həlli və qadının qərar qəbuletmədə rolunun artırılması üçünəhəmiyyətli işlər görülüb. Bu istiqamətdə yaradılmış Ailə, Qadın, Uşaq Problemləriüzrə Dövlət Komitəsi qadınların maarifləndirilməsi, ictimai-siyasi mövqeyiningücləndirilməsi, fəallığının artırılması, qadınlarınəmək bazarında rəqabət qabiliyyətlərinin artırılması, qadın sahibkarlığınıninkişafı və bu sahədə nailiyyətlərin əldə olunmasıilə bağlı çoxsaylı tədbirlər həyatakeçirib. İstər yerli, istərsə də beynəlxalq təşkilatlarlabirgə layihələr həyata keçirilir, cəmiyyətin diqqəti qadın problemlərinə yönəldilir,zərif cinsin sosial mövqeyinin möhkəmləndirilməsində addımlar atılır.  Yerlərdə, bölgələrdə qadınlarla mütəmadiolaraq görüşlər keçirilir, onların problemləri ilə yaxından tanış olurlar.

Bugünlərdə Azərbaycanda qadınların ölkəninsosial-iqtisadi və siyasi həyatına daha da cəlb edilməsini artırmağahesablanmış "Power to Women" layihəsinə də start verildi.

Avropa İttifaqının 2 il üçün nəzərdə tutulmuş layihəsi çərçivəsindəqadınların öz hüquqları barədə zəruri biliklər, ölkə qanunları, iqtisadiprinsiplər, habelə sahibkarlıq və kommunikativ biliklər haqqında zəruriməlumatlar əldə edə biləcəyi xüsusi təlimlər keçiriləcək.

Layihə çərçivəsindətreninqlərə Azərbaycanın müxtəlif bölgələrindən təqribən 400 qadın qoşulacaq.İştirakçılar üçün yaş məhdudiyyəti yoxdur.

Yeri gəlmişkən,Azərbaycan qadınının yüksək mövqelərdə təmsil olunmasını göstərən statistik məlumatlara nəzər salaq:

AzərbaycandaParlament sədrinin 3müavinindən 1-i, 124 deputatdan 19-u qadındır. İki dövlət qurumunun sədri (Ailə,Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Tələbə Qəbulu üzrə  DövlətKomissiyası), 3 nazir müavini, 85 rayon üzrə 68 İcra Hakimiyyəti müavini qadındır.İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman), bundan başqa, Naxçıvan MuxtarRespublikasının Nazirlər Kabinetinin sədr müavini və ombudsmanı qadındır.

Həmçinin, KonstitusiyaMəhkəməsinin sədr müavini və hakimlərin 14% - ni qadınlar təşkil edir. Hal-hazırda302 nəfər bələdiyyə sədri də qadındır.

200Qadın qeyri-hökumət təşkilatı var. Respublika iqtisadiyyatının bir sırasahələrində (təhsil, səhiyyə, mədəniyyət, sosial və s.) işçilərin 76,5%-ni,təhsildə 67,1%-ni və digər kommunal, sosial və şəxsi xidmətlərin göstərilməsisahəsində 54,3%-ni qadınlar təşkil edir.

Bu gün Azərbaycan qadını ictimai həyatın hər bir sahəsindəfəallıq göstərir, ammaqadınlarımızın cəmiyyətinvə dövlətin bütün sahələrində rolunun daha da artmasına və genişlənməsinə böyükehtiyac var. Buna görə də buistiqamətdə maarifləndirmə, təbliğat-təşviqat işlərinin daha dagenişləndirilməsi lazımdır. Yuvanı dişi quş düzəltdiyi kimi, cəmiyyətin, dövlətinformalaşmasında qadınların rolu əvəzedilməzdir.