İlham Əliyev Rafael Eskinazi ilə görüşdü
Martın 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Parisdə "Thales İnternational” şirkətinin baş vitse-prezidenti Rafael Eskinazi ilə görüşüb.
Adalet.az xəbər verir ki, görüşdə Azərbaycanla "Thales İnternational” şirkəti arasında iyirmi ildən çoxdur uğurlu əməkdaşlıq edildiyi məmnunluqla xatırlanıb, müxtəlif layihələrin həyata keçirilməsi ilə bağlı çox yaxşı nəticələrin əldə olunduğu bildirilib.
Azərbaycan Hava Yolları və Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar cəmiyyətləri ilə müxtəlif layihələrin reallaşdırıldığı qeyd edildi, Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı müəyyən işlərin görüləcəyi diqqətə çatdırılıb.
Söhbət zamanı əməkdaşlığın gələcəkdə davam etdirilməsi üçün yaxşı potensialın olduğu vurğulanıb.
Digər Xəbərlər
05 May 2024 19:47
"Azərbaycan COP29 tədbirləri zamanı ölkələri atəşkəs bağlamağa dəvət edə bilər”
04 May 2024 22:54İƏT-in 16-cı sammiti Azərbaycanda keçiriləcək
04 May 2024 20:26Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - YENİLƏNİB
04 May 2024 14:08İlham Əliyevdən Xankəndi ilə bağlı SƏRƏNCAM
03 May 2024 20:04