adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
18 Yanvar 2018 14:15
26500
GÜNDƏM

Həsən ZEYNALOV: “Diplomatın tale yolu”

Bakı həmişə xoş nağılların, gözəl fürsətlərin və böyük ümidlərin şəhəri olub. Dünyanınbütün ölkələrindəki paytaxtlar insanlarıöz sehrli cazibəsi ilə cəlb edib. Bu mənadaAzərbaycanın digər şəhər və rayonlarındayaşayan insanlar üçün də Bakı cazibəli bir məkan rolunu oynayır. Bu həqiqət yengicəlilər üçün də eynidir. Bakı Yengicə kəndindən də uğurun,təhsilin və elmin mərkəzi kimi görünürdü.

Naxçıvan istər coğrafi baxımdan, istərsə də tarixin gedişi içərisindəölkənin əsas hissəsindən ayrı qalması baxımından bir az kiçik vətən təəssüratı yaradırdı. Elə bu mənada NaxçıvandanBakıya getmək əlamətdar hadisə olduğu üçün gedəni mütləqxüsusi təmtəraqla yola salardılar.Hələ o gedən insan elm, təhsil almağa yollanırsa o zaman bu vidalaşmalar, xeyir-duaritualı daha böyük əhəmiyyət kəsb edirdi.1967-ci ilin iyul ayında Həsəni də qohum-əqrəba, yaxın dost-tanış qatarla Bakıyaməhz belə böyük ümidlərlə yola saldılar. Çünki Həsənin bu səfəri ali təhsil almaq, həyatda öz ayaqları üzərindədayanmaq üçün atılmış əhəmiyyətli bir addım idi.

Həsən Zeynalov həmin günləri belə xatırlayır: "1967-ci ildə orta məktəbibitirdikdən sonra ali təhsil almaq üçün Bakıyayola düşdüm. O vaxtlar Bakıya getmək özübir hadisə idi. Ona görə dəmir yolu vağzalınaməni yola salmağa qohumlarım da gəlmişdilər. Bakıya getmək nə qədər xoş hadisə idisə,16 yaşımda ilk dəfə öz doğmalarımdan ayrılmaq məni çox kövrəltmişdi. Böyük qardaşımƏziz Bakıda yaşayırdı. Mən onlarda qalacaqdım.Sənədlərimi M.Əzizbəyov adına Neft və Kimya İnstitutunun qiyabi şöbəsinə verdim.Ona görə ki, həm də işləmək və valideynlərimə əlavə xərc yaratmamaq istəyirdim. Məndən başqa, hələ kənddə iki bacım və iki qardaşımvar idi. İmtahan verərək mən qəbul oldum və Bakıda Dəmiryolu idarəsinin 803 nömrəliKörpü tikinti İdarəsində iş icraçısı işləyən xalamın əri Hatəm Bəhlulovun həmkəndlilərindənibarət yaratdığı inşaat briqadasında1967-ci ildə fəhlə olaraq işə qəbul oldum.Qiyabi oxuduğumdan mən ənənəvi tələbə həyatıyaşamadım.

1969-cu ildə Bakı şəhər Soveti İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırma Bürosuna (TİB) texnik vəzifəsinəqəbul edildim. Büro indiki Bakı Şəhər İcraHakimiyyəti binasının 1-ci mərtəbəsində yerləşirdi və yeraltı və yerüstü bütün tikili və qurğuların, kommunikasiya xətlərininvə s. inventarlaşdırılması, pasportlaşdırılması və qeydiyyatı ilə məşğul olurdu.Bu sahə mənim üçün maraqlı idi. Yəqin ona görə də ilk gündən çox həvəslə işləməyə və işi tez bir zamanda mənimsəməyə başladım.İş yoldaşlarımın əksəriyyəti qeyri-azərbaycanlıidi (rus, erməni, yəhudi və digər millətlərin nümayəndələri). O zaman rus dili dövlət dili sayıldığından, hər yerdə, əsasən də dövlət idarələrində bütün yazışmalar,iclaslar, tədbirlər rusca aparılırdı.

İş yerində mənim sıxıldığım və bəzənrişxəndlə qarşılaşdığım rus dilini mükəmməl bilməməyim idi. Ona görə prinsipialolaraq mən bu dili tez bir zamandamükəmməl öyrənməyə nail oldum. Və hətta artıqrus dillilər də bəzən müəyyən məsələlərdə mənə müraciət edirdilər. RəisimizAbbas Səfər oğlu Sadıqov ağsaqqal, çox qayğıkeşvə gözəl insan idi. Məni tez-tez yanına çağırar, işimlə maraqlanardı. O, mənitez bir zamanda mühəndis vəzifəsinə keçirdi. Mən artıq iş yerində qısa zamanda mövqeyimi möhkəmlətmişdim. Bakıda məni ən çox düşündürəndövlət orqanlarında azərbaycanlı kadrların olduqca az olması, rus diliniyaxşı bilməyən, Azərbaycanın rayonlarından gələrək təhsil alan savadlı, vətənpərvərazərbaycanlı gənclərin iş tapa bilməməsi, onlara rişxənd edilməsi idi.

Mən ictimai həyatda da aktiv idim

1969-cu ildə 18 yaşım tamam olandaAzərbaycan SSR və SSRİ Ali Sovetinəseçkilər keçirilərkən məni "Azərbaycan gəncləri" qəzetinin redaksiyasına dəvət etdilər. Qonşum və dostumAriflə birgə qəzetin rusca olan versiyası "Molodejğ Azerbaydjana" qəzetinə qısa müsahibəverdik. Qəzetdə bizim haqda yazılar və fotolarımızın verilməsi gözlənilməz oldu və hesab edirəm ki, bu mənimüçün yeni bir səhifənin açılışı idi.

Rus dilində nəşr edilən "Molodejğ Azerbaydjana" ("Azərbaycangəncləri") qəzetinin 1969-cu il14 mart tarixli sayında "Onlar ilk dəfə səs verəcəklər" sərlövhəliməqalədə deyilir ki, "... ayrılmaz dostlar kimi tanınan HəsənZeynalov və Arif Kərimov ilk dəfə olaraqsəsvermə məntəqəsinə gələcəklər. Onlar respublikanın ən qocaman təhsilmüəssisəsi olan Neft və Kimya İnstitutunun tələbələridir. Seçki günüilə bağlı Həsən Zeynalov deyir: "Evdəhəmişə eşitmişik ki, səsvermə bayramdır, indi bu bayram mənimüçündür".

Zaman keçdikcə

Bakıda azərbaycanlıların, Azərbaycan dilinin yad, özgə və yararsız bir status qazanması,rayonlardan paytaxt Bakıyagələnlərə qarşı ikinci növ insan münasibətinin göstərilməsi, onlara qarşı"çuşka" jarqonundan istifadə edilməsionun qəlbində yaranmış narahatçılığı artırırdı. Ancaq qəfil eşitdiyi bir xəbər onu narahat edən məsələlərin tezliklə həllini tapacağına dərin bir inam yaratdı. Həmin hadisələri Həsən Zeynalovbelə xatırlayır: "1969-cu ilin iyul ayında Mərkəzi Komitənin Plenumunda AzərbaycanSSR DTK-nın sədri Heydər Əliyev Azərbaycan KP MK-nın 1-ci katibi vəzifəsinə seçildi. Bakıda bir sükut hökm sürürdü. İlk günlərdə Heydər Əliyev mətbuatda, televiziyadaheç görünmədi. Amma hamı nəsə yaxşı şeylərolacağını gözləyirdi. Gizlətmirəm, mən də sevinirdim, həm də ona görə ki, o, Naxçıvandan idi. Atamın dayısı İlyas Vəkilovun isə sevincinin həddi-hüdudu yox idi vəonu yaxından tanıdığından Azərbaycannaminə böyük dəyişikliklərin baş verəcəyini deyirdi.

Heydər Əliyev ilk dəfə televiziyaekranlarına Şüvəlanda keçirilən YazıçılarınYaradıcılıq Evinin açılışında çıxdı. BütünAzərbaycan xalqının arzuladığı hadisəbaş verdi: Heydər Əliyev Azərbaycan dilindəçıxış edirdi. Hamı yaxşı mənada şokvəziyyətində idi. Ekranda izləyənlər içərisindəsevincdən gözləri yaşaranlar da çox idi,biri də mən. O günədək heç bir dövlət tədbirindəAzərbaycan dilində çıxış edilməmişdi. İndiisə respublikanın rəhbəri öz dilimizdə çıxış edirdi. Sonra isə ikinci maraqlı hadisəbaş verdi. Heydər Əliyev çıxışını bitirəndən sonra yazıçılarla səmimi şərait, münasibətyaratdı, onların təklif və fikirləri iləmaraqlandı.

Söhrab Tahir söz alaraq

Cənubi Azərbaycandan onlara göstərilənqayğıya görə Heydər Əliyevə təşəkküretdi. O, çıxışında bir neçə dəfə "siz", "biz" sözlərini işlətdi. Heydər Əliyev isə cavabında dedi ki,"Söhrab Tahir, siz-biz sözləri gərəkdeyil, onların bir əvəzləyicisi var, o da Azərbaycandır. Mən isə Azərbaycan yazıçılarınınyanında olacağam, onlar bizim ziyalıların ön cərgəsindədirlər".

Həsən Zeynalov Heydər Əliyevin Azərbaycan sevgisinə, böyük Azərbaycan yaratmaquğrundakı uzaqgörən ideyalarına bütün səmimiyyəti ilə bağlıdır və bu mənada Vətəningələcəyi üçün atılmalı olan addımı,deyilməli olan sözü, verilməli qərarı dəqiqvə zamanında həyata keçirməli idi.

"1970-ci ildə Texniki İnventarlaşdırma Bürosunun İlk Partiya Təşkilatınınsədri Semyonova Valentina Nikolayevna məni yanına dəvət edərəkyaxşı işçi olduğumu, ictimai işlərdəfəal iştirak etdiyimi (mən iş yerindəyaradılmış xalq nəzarəti qrupununsədri idim), kollektivdə hörmət qazandığımı nəzərə alaraq Kommunist Partiyası sıralarınaqəbul üçün ərizə yazmağımı təklifetdi. Əlbəttə, o zaman SSRİ dünyanın ən güclü və hegemon dövləti idi. Ölkədə təkpartiyalılıq rejimi mövcud idi.Həyatda inkişaf etmək üçün yalnız partiyaüzvü olmaq əsas şərt idi. Yoxsa heç birvəzifəyə təyin edilə bilməzsən.

Gələcək karyera üçün

bu mütləq lazım idi və partkomun bu təklifi mənə böyük etimad idi. Mən təşəkkür edərək müraciət etdim və 26-lar RayonPartiya Komitəsi bürosunun qərarı ilə Sov. İKP-nin üzvlüyünə namizəd qəbul edildim(nizamnaməyə əsasən bir il sınaq müddətində namizəd olmalısan). Bir ildən sonraisə üzvlüyə qəbul edildim. Bir müddətdən sonra məni böyük mühəndis vəzifəsinə təyin etdilər".

Həsən Zeynalov Sultan müəllimin Kommunist Partiyasına olan münasibətini və əsl vətənpərvər kimi qəlbindəsirli saxladığı türkçülük məhəbbətini belə ifadə edir və atasını: "Mənim həyat müəllimimmərhum atamdır", - deyə qiymətləndirir. "Atamın zəngin ömür və prinsipləri həmişə mənə örnək olub. O, Naxçıvanın ən nüfuzlupedaqoqu olmaqla bərabər, sayılıb-seçilənağsaqqal kimi də böyük nüfuz qazanmışdı. Ona dəfələrlə Naxçıvanda yüksəkvəzifə, o cümlədən Şərur rayon Təhsil Şöbəsində müdir vəzifəsi təklif edilmişdi. Lakin bununüçün atam Kommunist Partiyasının sıralarına daxil olmalı idi. Açıq formada demirdi ki,kommunist olmaq istəmirəm, sadəcə vəzifəistəmədiyini bildirirdi. Təbii ki,onun kommunist olmaq istəməməsi məndə çoxlusuallar yaradırdı. Orta məktəbi bitirib məndə öz karyeramı qurmaq üçün ali təhsil almaq və irəli getməyin yollarını axtarırdım.Ümumiyyətlə, Sovet dövründə türk-müsəlmanlar üçün belə bir fikir vardı: karyeraqurmaq üçün kommunist olmalısan, rus dilinibilməlisən, həyat yoldaşın başqa millətdən, rus və ya erməni olmalıdır. Mən də alitəhsil aldığım vaxtlar Kommunist Partiyasının sıralarınadaxil olmaq və rus dilini öyrənməyiqarşıma əsas məqsəd qoymuşdum. Ailə qurmaq haqqında düşünməkhələ tez idi və istənilən halda mən qeyri-azərbaycanlı ilə nigah bağlaya bilməzdim. Bu barədə heç kiminlə bölüşmürdüm. Sadəcə ailəninmilli bütövlüyü mənim düşüncəmdə alternativsiz olaraq özünə yer qazanmışdı.

Mən kommunist olmaq barədə fikrimi atama söyləyəndə

o, buna etiraz etmədi. Qeyd etdiyim kimi, baxmayaraq özü partiya sıralarınadaxil olmaq təkliflərini qəbul etməmişdi.Beləliklə, kommunist oldum və təbii ki, həyatımıSovet qanunları çərçivəsində qurdum. Bununlabelə Azərbaycan tarixinin gizli qalan səhifələrindən də xəbərsiz deyildim. Türkiyədəyaşayan Əkbər dayımın hansı səbəbdən qardaş ölkəyə pənah aparması, atamın"yarpaq" və "torpaq" sözlərini nə üçünbaşqalarından fərqli tələffüz etməsi,onun nə üçün Kommunist Partiyası sıralarına daxil olmaqdan imtinası və mənim bu barədə fikrimə zidd getməməsi məndə çoxsaylı suallar yaradırdı. Böyük şair vədramaturq, zəmanəsinin ən güclü ziyalılarından olan Hüseyn Cavidəböyük ehtiram bəsləməklə, hələ uşaqlıqillərindən Cavidi bizə sevdirmişdi. Onunqəlbində təkcə Hüseyn Cavidin poeziya dünyasınaböyük məhəbbət deyil, eyni zamanda Mikayıl Müşfiq poeziyasına olan qəribə sevgidə var idi. Bu səmimi sevginin məndə yaratdığı təsir hər iki ədibin dəyərini zamanında dərk etməyimə əhəmiyyətlidərəcədə kömək etmişdir. Hər ikisinin əsərlərininvə külliyyatının atamın zəngin kitabxanasındaxüsusi yeri var idi. Onu da qeyd edim ki, atamla bağlı yaranmış bu suallara XX əsrin sonundaermənilərin Dağlıq Qarabağa olan əsassız iddialarından sonra ölkəmizdə başlananictimai-siyasi proseslərin fonunda cavabtapa bildim və 20 Yanvar faciəsinə etirazolaraq kommunist biletimi partiya sıralarındançıxmaq barədə ərizəmlə birlikdə təhvil verdim..."

Heydər Əliyevin Azərbaycana olan sevgisini görən Həsən Zeynalov uzun illərdir onu narahat edən məsələləri güclü iradəsi ilə həll edə biləcək bir liderin sağlam əqidəsinə bütün qəlbi ilə inandı. Zamankeçdikcə bu böyük liderin sayəsində Azərbaycan öz layiqli qiymətinialdı. Bakının öz dili, öz sakinləri, milli koloriti özünə qayıtdı. Bunun mahiyyətini Həsən Zeynalov belə izah edir:"Sonrakı mərhələlərdə Heydər Əliyev kadr məsələləri ilə bağlı çox sayda qərarlar verdi.Onlardan ən önəmlisi gənc mütəxəssislər haqqında verdiyiqərar idi. Tapşırıq verilmişdi ki, ali məktəbləri əla qiymətlərlə bitirən, bacarıqlı, vətənpərvər gənclər Bakıdadövlət orqanlarında, böyük müəssisələrdə işlə təmin edilsinlər ( əlbəttə, həmingöstəricilərə malik olan gənclərin əksəriyyətirayonlardan gəlmiş azərbaycanlılar idi) və onlara növbədənkənar mənzil verilsin.

Heydər Əliyev 1978-ci ildə Azərbaycan SSR-in yeni konstitusiyası qəbul olunarkən orada AzərbaycanSSR-in dövlət dilinin Azərbaycan dili yazılmasına nail oldu. Bu isə milli kadrların yolunuaçdı. Gənclər haqqında yeni qərarisə onların təhsil almaq üçün SSRİ-nin ən qabaqcıl ali məktəblərinə göndərilməsinin təmin edilməsi ilə bağlı idi. Həmin ildən başlayaraqgənclərimiz Azərbaycanın ali məktəblərində olmayan, amma çox vacib sayılanixtisaslara yiyələnmək üçün Rusiya, Ukrayna və Baltikyanı respublikaların,digər respublikaların ali təhsil məktəblərinə göndərildilər. Bunların əksəriyyəti azərbaycanlı gənclər idi. Sonradanhəmin gənclər müstəqil Azərbaycanın inkişafındaönəmli rol oynadılar.

Heydər Əliyevin Azərbaycana rəhbərliyininilk anlarından başlayaraq bütün sahələrdə - kənd təsərrüfatında, sənayedə böyüknailiyyətlər əldə olundu. Bakı şəhərində mənziltikintisi sürətlə inkişaf etdirildi. Əhmədli, 8-ci kilometr qəsəbəsi, mikrorayonlartikildi. Gənc mütəxəssislər, eləcə də on illərlə mənzil gözləyən əlbəttə ki, əksəriyyəti azərbaycanlı olan vətəndaşlarımız mənzillə təminolundular. Əhalinin maddi rifah halı yüksəldi. Rayonlarda abadlıq-quruculuq işləri vüsət aldı.

1950-60-cı illərin statistikasına əsasənBakı əhalisi 700-800 min nəfər təşkil edirdi. Tərkibi isə 25 %-i rus, 15%-i erməni, 25 %-i başqa və cəmi 35 %-i azərbaycanlıdan ibarət idi. 1980-ci ildə isə əhalinin 70 %-i azərbaycanlı idi.

Milləti, dövləti sevməyin başqa göstəricisi yoxdu. Buna görədir ki, mən o zamandan Heydər Əliyevi sevməyə başladım. O zamanlar o mənim üçün əlçatmaz idi.Amma taleyimdən çox razıyam ki, müəyyən dövrdənsonra nəinki onunla tanış oldum, həttabirlikdə çalışdıq da".

Əsgərlik dövrü Həsən Zeynalovun həyatının yeni birmərhələsidir. Bir də məqamı gəldikcə,fürsət düşdükcə xalqının haqqınıtələb edir və onu bütün varlığı iləqorumağa çalışırdı. Bəlkə də əsgərlikləbağlı xatirələrini oxuduqca həmin vətənpərvərlik hissini, onun müdafiəsi üçün göstərdiyi şücaəti dahadəqiq qavramış olarıq. "İnstitutda təhsil aldığım üçün hərbixidmətdən mənə möhlət verilmişdi. Möhlət vaxtı bitdiyindən 1976-cı ildə hərbi xidmətə çağırıldım. Onda mənim artıq26 yaşım var idi. Bakı Şəhər İcraiyyə Komitəsinin Texniki İnventarlaşdırmaBürosunda böyük mühəndis vəzifəsində çalışırdım, həm də Kommunist Partiyasınınüzvü idi. Aali təhsilli kommunist olanlarhərbi hissədə qulluq zamanı əsasən hərbi hissə komandirinin siyasi məsələlər üzrəmüavininin birbaşa nəzarətində olurdular.Mən hərbi xidməti Xankəndi şəhərində (keçmişStepanakert) kimyəvi silahlara qarşı xüsusiixtisaslaşdırılmış hərbi hissədə keçirdim. Hərbi hissəyə gəldiyim gündən hərbi hissə rəhbərliyi mənimlə yaxından maraqlandı. Hərbi hissə komandiri Aleksandr SergeyeviçSomborski və onun siyasi məsələlərüzrə müavini Qolşmidt məni otaqlarına çağırdılar. İş təcrübəm, kommunist olmağım, həmdə yerli olduğüm üçün hərbi hissənin yerliorqanlarla və eləcə də əhali ilə (Xankəndi və ətraf rayonlar) əlaqələrin inkişafında məndən çox şeygözlədiklərini və xidmətimi qərargahda birbaşa rəhbərliklə koordinasiya şəraitində keçirəcəyimi bildirdilər. Hərbi hissə komandirinin təchizat məsələləri üzrə digər müavinimayor Laçinyan və təchizat bazasının anbardarı Xankəndində "milyonçu" deyətanınan gizir Babayan idi. Bu iki nəfər haqqındailk gündən əsgərlər və zabitlər onların ultramillətçi olduqları, hərbi hissədə qulluq edən əsgərlər arasında etnik mənsubiyyətinə görə ayrı-seçkilik saldıqları haqqında fikir bildirirdilər. Mən də bunu ilk gündən hiss etməyə başladım. Hərbi hissə rəhbərliyinin mənə bəslədikləriihörmətə görə həmin erməni zabitləri məni ilk gündən qısqanmağa başladılar. Hər fürsət düşdükcə mənisıxışdırmağa çalışırdılar. Məsələn,mənə geyinmək üçün öz bədən ölçümə uyğun olmayan böyük ölçüdə hərbi forma verir və yaxud hərbihissənin spesifik olduğunu bəhanə gətirərək nizamnaməyə uyğun olmayan tələblər edirdilər vəs. Onların hərbi hissədə olan cəmi dörd nəfər azərbaycanlıya- Bakıdan Toğrul Musayev, Fəxrəddin, GəncədənMaarif Kazımov, Tovuzdan Hikmətə qarşı daçox aqressiv davrandıqlarının hər an şahidiolurdum. Mən onlar haqqında siyasi məsələlər üzrə müavin Qolşmidtə məruzə etdim. O, bunlardan xəbəri olduğunu, həmin ermənilərin bizdən öncəkiazərbaycanlı əsgərlərə qarşı da bu cür davrandıqlarını və onlara komandir tərəfindən xəbərdarlıq edildiyini, əgərbelə davam edərsə, haqlarında ölçü götürüləcəyini bildirdi.

Hərbi hissə vaxtaşırı olaraq respublikada yerləşəndigər hərbi hissələrlə birlikdə təlimlərdəiştirak edirdi. Növbəti dəfə hərbi hissə komandiri və onun siyasiməsələlər üzrə müavini çox sayda şəxsiheyətlə birlikdə Bakı ətrafında yerləşən "Karaybat" adlanan hərbi poliqonda keçirilən təlimlərdə iştirak edirdilər. Həmin qısa müddətdə Laçinyan hərbi hissə komandirini əvəz etdi. O,məni növbə çəkmək üçün ən çətin postagöndərdi (baxmayaraq ki, başqa işlə məşğul olduğum üçün komandir məni qarovulagetməkdən azad etmişdi). Həmin günlərdə hərbi hissəyə yeni zabitlər, o cümlədənkomsomol təşkilatının yeni katibi, baş leytenant(səhv etmirəmsə, soyadı Mançenko idi) gəlmişdi.Laçinyan komsomol təşkilatının katibiilə mənim növbə çəkdiyim postun qarşısında gəzişirdi. Yeni zabit ətrafa baxaraqAzərbaycanın gözəlliklərinə heyran olduğuhaqqında öz təəssüratlarını Laçinyanla bölüşürdü. Birdə n Laçinyan çox ucasəslə və hiddətlə bu yerlərin Azəraycanaaid olmadığını, bu gözəlliklərin onun ulubabalarına (ermənilərə) aid olduğunu, buranı Ermənistan ərazisihesab etdiklərini və bu "ədalətsizliyə"son qoyulmasına çalışacaqlarına bildirdi.Mən daha dözə bilməyib üzümü ona tutaraq "Niyə yeni gəlmiş zabitəyalan danışdığını, separtçılıqla məşğulolduğunu və onun bu hərəkətlərinin Sovet zabitinəyaraşmadığını" uca səslə dedim (ətrafda olanların eşitməsi üçün). Ümumiyyətlə, hərbi nizamnaməyəəsasən qarovulda olan əsgərinəsas işindən yayınaraq kiminləsə söhbət etməsinin, rütbəcə özündən böyüklərəicazə olmadan müraciət etməsinin,yaxud mübahisə etməsininqadağan olunduğunu mən gözəl bilirdim. Amma Laçinyanın sözlərisəbr kasamı daşıran son damla idi. Laçinyangözləmədiyi halda belə bir hadisəilə qarşılaşınca (o həm də komandiri əvəzedirdi) ilk anda nə edəcəyini bilmədi vəbirdən bağıraraq qarovul rəisini yanınaçağırdı. Belimdən kəmərimi açaraq on günmüddətinə qaubtvaxta salmağı əmr etdivə məni həbs etdirdi. Ertəsi gün Somborskivə Qolşmidtin hərbi hissəyə qayıtmaları ilə Laçinyanın komandirliyisona çatdı. Mənim həbsolunduğumu eşidən kimi Laçinyanın qərarınıləğv edərək məni yanlarınaçağırdılar və məsələnin necə baş verdiyiniməruzə etməyimi istədilər. Mən təfsilatıilə baş verənləri danışdıqdan sonra dərhal komsomol katibini çağırdılar.O da bütün hadisəni, hətta Laçinyanınmənim eşitmədiyim daha çirkinsöhbətləri bir-bir komandirlərin diqqətinəçatdırdı. Hərbi hissə komandiriöz müavininə baş verənlərin ciddiolduğunu bildirərək Laçinyanı əvvəlcə edilən xəbərdarlıqlardan nəticəçıxarmadığı üçün məsələni yaxın günlərdəhərbi hissənin partiya iclasının gündəliyinə salınaraq müzakirə olunması və onun barəsində ciddi tədbir görülməsi haqqında müavinə tapşırıq verdi. Səhəri gün hərbi hissənin elan lövhəsində partiya iclasınınkeçiriləcəyi və gündəlikdə Laçinyanın şəxsi məsələsininmüzakirə olunacağına dair elan asıldı.

Axşam saatlarında bizim taborun kazarmasında əsgərlərin istirahəti zamanı Laçinyan və Babayangözlənilmədən kazarmaya daxil oldular. Onlar məni mehribanlıqlahəyətə gəzməyə dəvət etdilər. Laçinyan mənə böyükhörməti olduğunu, buradakı "sarıqulaqların" qafqazlıları gözləri götürmədiyini, birlikdə olmağımızın və s. vacibliyini bildirdi. Sonda dedi ki, "bəs səninlə o gün olan "söhbətimizi" yeni komsomol katibi komandirə başqa cür çatdırıb. Yəhudi Qolşmitd də bundan istifadə edərək mənim məsələmi partiyayığıncağında müzakirəyə çıxarıb. Mənhesab edirəm ki, biz qafqazlı olduğumuz üçün sən mənimüdafiə edəcəksən və bundan sonra sən buradaürəyin necə istəsə xidmət edəcəksən".Cavabında mən ona məsələnin daha ciddi olduğunu, onun separatçılıqla məşğul olduğunu, hərbi hissədəolan ermənilərlə azərbaycanlılar arasında düşmənçilik yaratdığını, keçmişdə eşitdiyim hadisələri də onun diqqətinəçatdıraraq iclasda həqiqətin tərəfindəolacağımı bildirdim. O, məyus halda getdi. Həminiclasda Laçinyanın vaxtındanəvvəl təqaüdə çıxarılmasına dair Bakıda yerləşən Baş Qərargahatəqdimat göndərilməsi haqqında qərar qəbul edildi və təqaüdə göndərildi.

1988-ci ildə Dağlıq Qarabağ hadisələribaşlayan zaman Moskvada dərc olunan "İzvestiya" qəzetinin müxbirləri S.Dardıkin və R.Lınevin Stepanakertdənhazırladıqarı reportajı qəzetin 24 mart 1988-ci il tarixli nəşrində oxuyarkənbelə bir faktla tanış oldum. Həminreportajda müxbir Stepanakertdə separatmitinqlərə rəhbərlik edən şəxslərin birindən müsahibə götürür. Müxbirin: "Axı, DağlıqQarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dənayrılması barədə vilayət sosetində keçirilən səsvermədə azərbaycanlı deputatlariştirak etməmişlər" sözünün qarşılığındahəmin şəxs: "Nə olsun ki, əksəriyyət lehinə səs vermişdi" cavabını verir. Sonra müxbir, Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan DQMV statusu barədəhər hansı qərar qəbul etməyin SSRİ Konstitusiyasına, habelə SSR-nindigər qanunlarına zidd olduğunubildirir. Qarşı tərəf bu zaman partiya liderlərindən imtinaedəcəyini vurğulayır. Müxbirin daha sonra: "Bəs əgər hamı partiya biletindən imtina etməzsə, onda necə" sualına:"Onda partizan müharibəsinə başlayacağıq"cavabı gəlir. Müxbir ardınca qeyd edir ki,bunları bizə "Krunk" cəmiyyətinin rəhbəri, etiraz mitinqlərinin təşkilatçısı, istefada olan polkovnik-leytenant Laçinyan dedi.

Hərbi hissəmiz tez-tez Bakı və digərregionlarda keçirilən təlimlərdə iştiraketdiyindən, növbəti təlimlərin birində Xalqartisti Nəsibə Zeynalovanın Gəncədə hərbi xidmət keçən oğluCahangir Novruzovla tanış olduq. İlk gündən dostluğumuz başladı.

Hərbi xidmətdə birlikdə qulluq etdiyim azərbaycanlılarla dostuluğum indiyədək davam edir.Cahangir Novruzov və Toğrul Musayevlə olan münasibətlərimiz isə ailəvi dostluqmünasibətinə çevrilmişdi. Onlarla bu gün də tez-tez görüşür və keçmiş xatirələri yada salırıq.