adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
09 Sentyabr 2018 15:56
32157
ƏDƏBİYYAT

Hər an partlayış qorxusuyla yaşayıram...

Borxesin məşhur"Şekspir yaddaşı” adlı hekayəsi var. Qəhrəman arzulayır ki, Şekspir kimi olsun. Dahisənətkarın yaddaşı qəhrəmana yüklənir vəadam bu yaddaşdan xeyli əziyyət çəkir.

Adalet.az yazıçılarasorğu ünvanlayıb - Sizcə, yaradıcı yaddaşla yaşamaq çətindirmi? Yazıçıyaddaşını başqasına vermək istəyərdinizmi?


Yazıçı Səfər Alışarlı: "Yaradıcı yaddaşla yaşamaq bir qədər çətin olsa damaraqlıdı. Başqalarının ağrısı, problemi, bəzən cahilliyi istər-istəməz sənətəsir eləyir, incidir. Belə daimi ağrılar vasitəsilə insan təmizlənir, katarsisyaşayır, bəsirətə doğru gedir. Bu hissin korşaldığı və ya tamam yox olduğuandan sonra yaradıcılıq bitir. Bunu qanqrena ilə müqayisə etmək olar: necə kiyara ağrıyır, sağalacağına ümid var, ağrı qurtarıbsa, çarə yoxdur.

Bu şəhərdə elə yerlər var ki, mən onlardan hamınınkeçdiyi laqeydliklə keçə bilmirəm. Təkrar və mənasız ağrıları yaşamamaq üçünçox vaxt yolumu dəyişirəm. Bununla belə, mən yaradıcı yaddaşdan imtina etməkhaqqında heç zaman düşünməmişəm, əksinə, birini də borc almağa həmişə ehtiyacduymuşam.”



Yazıçı NərimanƏbdülrəhmanlı: "Yaradıcı yaddaşla yaşamaq həddənartıq çətindi. Çünki bu ilahinin bəxş elədiyi spesifik yaddaşdı, dünyanın bütünağrı-acılarını, dərd-sərini maqnit kimi özünə çəkir. Belə adamlar daha həssas,daha tez inciyən, daha tənha olurlar. Xüsusilə yazıçı üçün yazmaq elə yaddaşındözülməz yükündən xilas olmaq cəhdidi. Yazıçı hər əsərdən sonra bir qədəryüngülləşmirsə, deməli, o, öz içini yazmayıb, qələmindən çıxanlar dabaşqalarını tərpətməyəcək. Ağır da olsa, bu yaddaşı başqalarına vermək istəməzdim.Çünki bətnində ancaq mənə məxsus olan məhrəm şeylər var. X.L.Borxedsin"Şekspir yaddaşı" adlı bir hekayəsi var, yaddaşı başqasına verməyin mənasızlığıbarədədi. Məncə, Borxes bu məsələyə müdrikcəsinə yanaşıb.”



Yazıçı Şərif Ağayar:"Bu barədə Borxesin "Şekspir yaddaşı” adlı hekayəsivar. Çox maraqlı hekayədir. Məğzi bundan ibarətdir ki, hətta dahi insan olsabelə onun yaddaşı başqa heç kimə fayda verməz. Əksinə, yük olar. Dəqiq təsbitdir.Yazıçı dediyin elə yaradıcı yaddaşdan ibarətdir. Bu yoxdursa, heç nə yoxdur.Yazıçılıq yaddaş üzərində gəzişmələrdir. Yaddaş əzab da verə bilir, ancaq bu əzabıyaradıcı enerjiyə çevirəndə qəribə şəkildə zövq yaşayırsan. Əzab yalnızyaradıcılıqla çulğaşanda gözəlləşir və hətta deyirsən ki, nə yaxşı bu əzabvarmış! Yazıçılıq həm də ağrıları ovsunlamaq, ondan zövq alıb, zövq vermək sənətidir.”



Yazıçı Murad Köhnəqala: "Çox həssasam. Bəzənbu xarakterimlə yanımdakı adamları bezdirdiyimi də hiss eləyirəm. Xüsusən təcrübəsizadamların səhv elədiklərini görüb narahat olur, onlara elə eləmə, belə elə, onuyemə, bunu ye, elə bağlama, belə bağla deyə-deyə zəhlələrini tökürəm. Məsələn,gəzintiyə çıxardığı itinin kəmərini kobudca dartıb onu incidən adam görəndə əsəbləşirəm.Yaxud, səkilərdə gövdəsini beton bardyorlar sıxmış ağacların yerinə ürəyimdarıxır. Zibilli küçə görəndə pis oluram. Evdə böcək görəndə tutub çöləburaxıram ki, qoy öz həyatını davam eləsin. Körpə uşaqlara yersiz qalınskafandra kimi paltar geyindirmiş ana görəndə bağırmaq istəyirəm. Eşitdiyim,gördüyüm hər şey avtomatik olaraq beynimin müşahidə süzgəcindən keçir, ötürülənyaxşı duyğular mənə həzz, pis duyğular isə əzab verir. Təbii ki, əzablar dahaçox süzülüb gəlir. Sualınıza cavab olaraq deyim ki, özümə aşırı hissiyatlı olubəzab çəkməyi yox, soyuqağıllı komersant olub kef eləməyi arzulayardım.”


Yazıçı Pərviz Cəbrayıl: "Burada "Yaradıcıyaddaş" ifadəsi mənə tam aydın olmasa da, özümçün bir məna çıxardım. O mənayaəsasən deyim: o yaddaşla, yəni özünü yazıçı hesab edərək yaşamaq dəhşətli dərəcədəməşəqqətli bir işdir. Ancaq mən o yaddaşı heç əziz balama da vermərəm. Təsəvvürelə ki, Tanrı tanrılığından imtina edir... Hətta o, heç nəyin karı olmasa belə,bu bəxşiş ölümdən betərdi.”





Yazar Alpay Azər: "Mənə çətindi, mənözüm həssas, yaddaşa bağlı adam olduğumçün həyatın ağrılı məqamları yadıma düşəndə,pis oluram. Amma yaddaşımın yaradıcı olması onları kağıza köçürməyə imkan verirdeyə, yazı prosesi mənə yüngüllük gətirir. Bu baxımdan, yaradıcı yaddaşımı kiməsə vermək fikrində deyiləm.








Yazar Ayxan Ayvaz:"Yaddaşım minalanmış sahəyəbənzəyir. Hər dəfə orda gəzişəndə ehtiyatla davranıram, hər an partlayışqorxusuyla yaşayıram. Bu yaddaş nə gecələr yatmağa, nə də doğru-dürüst həyatyaşamağa imkan vermir. Mən sevə-sevə yaddaşımı başqa birinə verərdim. Amma əminəmki, sonradan o yaddaş üçün darıxacam. Əzab versə də, yaşamağı çətinləşdirsə də,o yaddaş bircə mənə məxsusdur. Nə qədər qəribə səslənsə də, yaradıcı adamlarfaciələrə meylli olur. Mən bu yaddaşla yaşamağa çoxdan razı olmuşam. Və bilirəmki, həyatı gözümdə çətinləşdirsə də, yaddaşım mənə lazım olanı da verir. Yazmaq və yaratmaq eşqini...



Yazar Sevinc Elsevər: "Bəzən çox xoşbəxt hiss edirsən, bəzən bədbəxt.Bəzən istəyirsən tamam başqa adam olasan. Amma düşünürəm hər dəfəsində təkcəyazıçılarmı yaddaşlarından, öz mənliklərindən əziyyət çəkir? Hər kəsdə özündənqaçma çabası var. Olduğumuz yerdən getmək istəyi, hətta insan yox, quş, daş,böcək olma arzusu. Amma yaradıcı adamda bu daha tez-tez baş qaldırır. Daha çox əziyyətverir. Nənəm də tez-tez deyirdi kaş quş olub uçaydım. Nənəm elə bilirdi quşlarhamısı xoşbəxtdi. Məncə quşun da quş dərdi var. Yenidən doğulsam, yenə özümolardım. Hər kəs özünü sevir. Özünü sevmədiyin an gedib intihar edirsən. Mən dəbir neçə dəfə özümə nifrət edib intihara cəhd eləmişəm. Sonra özümlə barışıbyaşamağı öyrənmişəm. Hətta özümü yenidən sevmişəm. Əvvəlkindən də artıq. Nəinkiyaradıcı yaddaşı, ümimiyyətlə, yaddaşını itirmək özünü itirməkdi. Bunu istəməzdim.”


Yazar Günel Natiq: "Mən dünyada ən çox yaradıcı yaddaşımı itirməkdənqorxuram. Bilirsiniz ki, Heminquey psixoloji xəstəlikdən əziyyət çəkirdi vəhəkimlər onu bu bəladan xilas etmək üçün müəyyən tibbi cihazlarla yaddaşınısildilər. Bu prosedurdan sonra o yaza bilmir və əzab çəkirdi. "Kaş ki,xəstəlikdən əzab çəkərdim, yaradıcı yaddaşımı itirməkdən deyil,”-o deyirdi. Eləintiharının səbəbi də bu idi. Yaza bilməmək onun üçün faciə idi.

Yaradıcıyaddaşımı itirmək mənim üçün də faciəyə bərabər ola bilər. Heminquey kimihərəkət etməsəm belə, əzab çəkərəm.

Yaddaşımıkiməsə vermək mübahisəli məqamdır. Onsuz da yazaraq yaradıcı yaddaşımın diqtəetdiklərini bölüşürəm. Məncə bu, kifayət edər.