GÜNÜN LƏTİFƏSİ
Bir gün bir ailə toya getməyə hazırlaşır. Böyük qız gəlib anasından soruşur.
- Ana, mən hansı paltarımı geyinim?
- Sənin saçın qaradı, qara paltarını geyin.
Sonra ikinci qız yaxınlaşır:
- Ana, mən nə geyinim?
- Sənin saçın sarıdı, sarı paltarını geyin.
Sonra üçüncü qız yaxınlaşır.
- Ana, bəs mən nə geyinim?
- Sənin saçın qəhvəyidi, qəhvəyi paltarını geyin.
Bu vaxt uşaqların atası divandan ayağa durub soruşur.
- Sən nə demək istəyirsən? Mən keçələm deyə lüt getməliyəm?