adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
24 Sentyabr 2018 10:47
20328
MƏDƏNİYYƏT

Əminə Yusifqızının 82 yaşı tamam olur

Bu gün Azərbaycanın xalq artisti, məşhur bədii qiraət ustası Əminə Yusifqızının doğum günüdür. Əminə xanımın 82 yaşı tamam olur.

Adalet.az xəbər verir ki, 1936-cı ilin bu günündə Bakıda dünyaya gələn Yusifqızı hələ məktəb yaşlarında ikən Gənc Tamaşaçılar Teatrında bir çox maraqlı çıxışları ilə yadda qalıb. 1974-cü ildən "Azərbaycanfilm" kinostudiyasında çalışıb. Həmçinin "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında fəaliyyət göstərib. Gənc Tamaçılar Teatrının və Azərbaycan Milli Dram Teatrının səhnəsində onlarla rollar oynayıb.