adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Dekabr 2015 18:02
40811
MÜSAHİBƏ

“Düşünmürəm ki, YAP Azərbaycan xalqının düşmənidir”

 


Azərbaycan Xalq CəbhəsiPartiyasının sədri Razi Nurullayevin adalet.az-a müsahibəsi

 -Razi bəy, Ədliyyənaziri sənədlərinizi geri qaytardı. Bundan sonra hansı addımlar atacaqsınız?

-Təbii ki, gözləyirdik.Artıq məsələ məhkəmə müstəvisinə çıxıb və məhkəmə prosesinin vaxtı dekabrın28-nə təyin olunub. Düşünürəm ki, ilk məhkəmə prosesi, bizim üçün uğurla nəticələnəcək.Təbii ki, əgər Əli Kərimli tərəfinin sənədləri qaytarılıbsa və məhkəməyə müraciətüçün əsas qoyulubsa, deməli bu, bizim üçün də mümkündür. Sevindirici haldır ki,artıq həm Ədliyyə nazirliyi, həm də məhkəmə səviyyəsində hüquqi təmsilçiliküçün iki təşkilat var. Artıq AXCP-nin varlığı təsdiq olunub ki, bu, bizimuğurumuzdur, ən əsası ona görə bunu uğur hesab edirəm ki, təşkilat Əli Kərimlininyaxasından canını qurtarıb.

-Yaxın vaxtlarda mitinqkeçirməyi düşünürsüzmü?

-Yox, hələki bu barədədüşünmürük. Çünki insanları boş- boşuna küçələrə çıxarıb "Azadlıq" vəs. şüarlar səsləndirməklə Azərbaycanda hansısa nəticəyə nail olunacağınainanmıram. Bu, sadəcə insanlara əziyyət verməkdir. Əgər vətəndaşlardan barışmitinqi təklifi gələrsə, o zaman biz bunu nəzərdən keçirəcəyik.

-Qurultaydan sonra partiyaya axın varmı?

-Təbii ki, qarşı cəbhədən bizə gələn insanlar da var. O cümlədənmarağımızdadır ki, kənardan gələn insanlar da bizə qoşulsun.

-Siz partiyanıyaradanda demişdiniz ki, biz radikal müxalifət olmayacayıq, ana müxalifətistiqamətini götürəcəyik və Azərbaycanda tamlığı təbliğ edəcəyik. Lakin sosialşəbəkələrdə sizin fikirləriniz paylaşılarkən bir növ radikal fikirlər hissolunur. Sizin radikal müxalifətdən fərqiniz nədir?

-Təbii ki, biz anamüxalifəti təmsil edirik, lakin dünyanın bütün ölkələrində müxalifətinritorikası yumşaq ola bilməz. O cümlədən bizim də ritorikamız radikaldır. Sadəcəfaktsız heç kimə qarşı tənqid və təhqirlərə yol vermirik, heç kimi günahkaradlandırmırıq. Biz çalışırıq ki, etdiyimiz tənqid obyektiv və hüquqi çərçivədənkənara çıxmasın. Lakin hər bir tənqidin arxasında müəyyən qədər təkliflər yeralır. Çünki tənqid etmək başqadır, tənqid edib çıxış yolunu göstərmək başqa. Təbiiki, tənqidlərimizin arxasında müxtəlif təkliflərimiz də olur. Bunların sayıgetdikcə artmaqdadır. Gələn ildən başlayaraq müxtəlif sahələr üzrəproqramlarımızı da təqdim edəcəyik. Məsələn, deyəcəyik ki, YAP-ın hər hansı birsahə üzrə fəaliyyəti yarıtmazdır və biz öz radikal mövqeyimizi ortaya qoyaraqbunu qəbul etmirik. Biz istəyirik ki, başqa cür olsun və bunun üçün özproqramımızı irəli sürəcəyik.

-Sizin sıralarınızdaYAP-ıın uğurlu siyasətini dəstəkləyən insanlar varmı?

-Bilirsiniz, biz heçvaxt deməmişik ki, YAP-çılar xalqı məhv edən insanlardır, korrupsionerdirlər, Azərbaycanmüstəqilliyini istəmirlər, oğrudurlar və s. Təbii ki, bunlar boğazdan yuxarıdeyilmiş sözlərdir. Mən düşünürəm ki, istər YAP olsun, istərsə də qeyri-təşkilatolsun, onlar hamısı Azərbaycanı təmsil edən qurumlardır. İqtidarda olanlarlamüxalifətdə olanlar hətta bir-birinə qohumdurlar. O cəhətdən bir neçə nəfərəgörə, insanları tam olaraq sıradan çıxarmaq olmaz. Sadəcə iqtidarın problemisiyasi sistemin korrupsiyalaşması və oturuşmuş olmamasıdır. Buna görə məndüşünmürəm ki, YAP Azərbaycan xalqının düşmənidir. Amma YAP-ın apardığı siyasəthəm də iqtisadi problemlərin yaranmasına dəlalət edir.

-Bu siyasi sistemisizin addımlarınızla dəyişmək mümkün olacaqmı?

-İlk öncə prezidentsiyasi iradə ortaya qoymalıdır. Düşünürəm ki, siyasi iradə olmasa çətin ki, biznələrəsə nail ola bilək. Müəyyən işartılar görünür ki, islahatlar vasitəsiləinsanlarla məmurların təmasının aradan qaldırılması müstəvisində müəyyən işlərvar. Son zamanlarda prezidentin imzaladığı sərəncamlar da onu göstərir ki,insanlarla məmurların arasındakı təmasın aşağı salınmasına çalışılır. Amma butam olaraq problemləri həll etmir. Ölkədə çox ciddi problemlər var. Torpaqislahatı, insanların ev tikməsi ilə bağlı sənədləşmə çox gərgin vəziyyətdədir.Məhkəmələr ədalətsiz qərarlar verirlər. Bu yaxınlarda mətbuatda oxudum ki, birneçə məhkəmə hakimləri MTN generallarının sifarişləri ilə biznesmenlər haqqındayalnış qərarlar çıxarırlar. Bax bu siyasi sistemin özünün bəlasıdır. Hər kəsiöz partiyasına uyğun icra hakimiyyətinə rəhbər təyin edirlər. Dövlətin içərisindəkifayət qədər qeyri-qanunu yolla, o cümlədən iqtidarın razılığı iləmonopoliyalar yaradılıb. Bütün bunlar ölkədə siyasi sistemin çökməsinə şəraityaradır.

-Beynəlxalq Təşkilatlaradətən ölkəyə gələndə müxalifət təmsilçisi kimi Əli Kərimlini görüşlərə dəvətedirlər. Siz həmin beynəlxalq qurumlarla görüşlərdə iştirakla bağlı nə kimi işlərgörürsünüz?

-Mən deməzdim ki, Əli Kərimlininbeynəlxalq əlaqələri güclüdür. Əli Kərimlinin görüşlərdə iştirak etməsi onunuzun illər AXCP-yə rəhbərlik etməsindən irəli gəlir. Biz də hüquq təmsilçisikimi fəaliyyətimizi artırırıq və yaxın gələcəkdə getdikcə əlaqələrimiz güclənəcək.Amma bunlardan əlavə bizim özümüzün müəyyən əlaqələrimiz var. 2016-cı ildə görəcəksinizki, bizim ikitərəfli hansı görüşlərimiz var, hansı müqavilələri imzalayırıq,hansı beynəlxalq təşkilatlarla əməkdaşlıq edirik, hansı beynəlxalqkoalisiyalara və ya hansı siyasi bloklara üzvlüyümüz var və s. Bunlardan xəbərtutacaqsınız. Gələn ildən etibarən məlumatları ötürməyə başlayacağıq.