Daxili İşlər nazirinin birinci müavini vətəndaşları qəbul edəcək
Vətəndaşların nəzərinə!
Azərbaycan Respublikasının Daxili İşlər nazirinin birinci müavini, polis general-mayoru Seyfulla Əzimov 2019-cu il avqust ayının 24-də Bərdə Rayon Polis Şöbəsində Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarının sakinlərini qəbul edəcəkdir.Vətəndaşlar daxili işlər orqanları əməkdaşlarının fəaliyyətinə və Daxili İşlər Nazirliyinin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.
Digər Xəbərlər
02 May 2024 17:40