adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
16 Yanvar 2017 10:35
51327
ƏDƏBİYYAT

BookZone kitab evində möhtəşəm ədəbi görüş - Foto

Bakıdayeni fəaliyyətə başlamış BookZone kitab evi yanvarın 15 də möhtəşəm ədəbigörüş keçirib.

Adalet.az xəbər verir ki, kitabxana üzvlərinin istəyilə görüşə xalq şairi NərimanHəsənzadə, xalq artisti Mənsum İbrahimov,Bakı Dövlət Universitetinin dossentifolklorşünas alim Məhəmməd Məmmədli,tarzən Rəşad İbrahimov və gənc yazar-şairVüsal Qasımov dəvət olunub.Görüşdə Nəriman Həsənzadə öz şeirlərinisəsləndirmiş,ona verilmiş sualları cavablandırmış və tədbirdə gənc yazarların söylədiyi şeirlərədə münasibət bildirmişdir.

Bundan əlavə tədbirdə respublikamızın tanınmış həkimifoniatr Fəxriyyə Əsədova,İqtisad Universiteti kitabnasasının əməkdaşı ArzuMəmmədova və həmin universitetin tələbələri də iştirak etmiş və tələbələrNəriman Həsənzadənin şeirlərini səsləndirmişdir.Kitabxanaya professor Mənsumİbrahimov haqqında yazılmış "Məcnunun Məcnunu” kitablarını hədiyyə etmişdir.