adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
24 Fevral 2017 12:28
5303
MƏMLƏKƏT

Bakıda 14 marşrutun istiqaməti dəyişəcək

Bakıda Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar keçiriləcək ümumxalq yürüşünün rahat, təhlükəsiz və fasiləsiz təşkil edilməsi məqsədi ilə paytaxtın mərkəzi hissəsində bəzi küçə və prospektlərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Adalet.az-a daxil olan məlumata görə, həmin gün üçün 14 marşrut xəttinin (1, 2, 4, 5, 8, 21, 30, 32, 46, 49, 88, 125, 175, H1) hərəkət trayektoriyası da dəyişdirilib.