adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 21:00
129
İDMAN
A- A+

Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI

Nüfuzlu "The Athletic" nəşri karyerasını davam etdirən dünyanın ən yaxşı 15 qolkiperinin adını açıqlayıb.

Adalet.az xəbər verir ki, reytinqin zirvəsində İspaniyanın "Real Madrid" klubunun çərçivə qoruyucusu Tibo Kurtua qərarlaşıb.

Liderlər qrupunu təşkil edən ilk "üçlüy"ü İngiltərənin "Mançester Siti" klubunun formasını geyinən Canluici Donnarumma və "Liverpul"un şərəfini qoruyan Alisson Beker tamamlayır. Diqqətçəkən məqamlardan biri də Türkiyə təmsilçisi "Fənərbağça"nın qolkiperi Ederson Moraeşin də bu mötəbər siyahıda yer almasıdır.

Dünyanın ən yaxşı 15 qapıçısı:

1. Tibo Kurtua ("Real Madrid" / Belçika);

2. Canluici Donnarumma ("Mançester Siti" / İtaliya);

3. Alisson Beker ("Liverpul" / Braziliya);

4. Manuel Noyer ("Bavariya" / Almaniya);

5. Mayk Menyan ("Milan" / Fransa);

6. Emiliano Martines ("Aston Villa" / Argentina);

7. David Raya ("Arsenal" / İspaniya);

8. Yan Oblak ("Atletiko Madrid" / Sloveniya);

9. Joan Qarsiya ("Barselona" / İspaniya);

10. Qreqor Kobel ("Borussiya Dortmund" / İsveçrə);

11. Cordan Pikford ("Everton" / İngiltərə);

12. Yann Zommer ("İnter" / İsveçrə);

13. Unay Simon ("Atletik" / İspaniya);

14. Dioqu Koşta ("Portu" / Portuqaliya);

15. Ederson Moraeş ("Fənərbağça" / Braziliya).

Məlumat üçün vurğulayaq ki, bu xüsusi siyahı tərtib olunarkən qolkiperlərin elit səviyyədəki çıxış müddəti, nümayiş etdirdikləri sabit performans və öz komandalarının qazandığı nəticələrə birbaşa təsiri əsas meyar kimi dəyərləndirilib.