Gülləri, çiçəkləri əzmək vəhşilikdir...
Sosial mediada bir paylaşım edilmişdi. Belə ki, Milli Parkda gülləri, çiçəkləri kimlərsə, şəkil çəkdirəndə tapdalayıb əzmişdilər.Təbii ki, bu da insanların böyük narazılığına səbəb olmuşdu.
Axı, bu güllər, bu çiçəkər, bu gözəlliklər bizim üçün yaradılmışdı. Son illər Milli Parkda çox böyük abadlıq, quruculuq, tikinti işləri görülmüş, dünyanın ən gözəl, uzunömürlü ağacları əkilmiş, yüz cür güllər, çiçəklər, yaşıllıqlar salınmışdı. Bunlar Milli Parka qeyri-adi gözəllik gətirmişdi... Həm özümüz , həm də əcnəbilər bu gözəlliklərə heyran olmuşlar! Çox insanlar bu gözəlliklərə baxır və zövq alırlar. Hətta bu gözəlliklərin yaxınlığında insanlar şəkil də çəkdirirlər!.
Nə gözəl! Amma bu yaxınlarda bir neçə insan güllərin, çiçəklərin arasında şəkil çəkdirəndə bu zərif gözəlliyi tapdayıb vəhşicəsinə məhv ediblər! Hüquq-mühafizə orqanları həmin şəxsləri tapıb və inzibati məsuliyyətə cəlb ediblər.Belə mədəniyyətsiz və məsuliyyətsiz insanlara qarşı sərt tədbirlər görülməlidir ki, bu, başqalarına da ibrət olsun!
Aqil Abbasın bir deyimi yada düşür:" Çiçəkləri tapdamaq böyük günahdır!" Ona görə də gəlin böyük günaha batmayaq!!!
Emil FAİQOĞLU


Bakı -°C

