“Qarabağ” səfərdə xal itirdi
Futbol üzrə Misli Premyer Liqasında XXVII turun daha bir oyunu keçirilib.
Adalet.az xəbər verir ki, ilk matçda meydana "Şamaxı" və “Qarabağ" komandaları çıxıblar. Şamaxı şəhər stadionunda təşkil olunan görüşdə qapılara qol vurulmayıb.
Bu nəticədən sonra "Qarabağ" 56 xalla turnir cədvəlində ikinci, "Şamaxı" isə 32 xalla yeddinci pillədə qərarlaşıb.
İkinci görüşdə “Zirə” "Bank Respublika Arena"da “Sabah”ın qonağı olacaq.
Son qarşılaşmada “Neftçi” öz meydanında “Araz-Naxçıvan”ı qəbul edəcək. “Palms Sports Arena” stadionunda keçiriləcək oyun saat 20:00-da başlayacaq.
Qeyd edək ki, tura aprelin 12-də yekun vurulacaq. Açılış matçında "Karvan-Yevlax" "Kəpəz"i 4:1 hesabı ilə üstələyib.
Digər Xəbərlər
14 Aprel 2026 21:00
Yaşıl meydanların ən güclü qolkiperləri bəlli oldu - SİYAHI
14 Aprel 2026 19:35
Güləşçilərimizin Avropa çempionatı üçün heyəti açıqlandı
14 Aprel 2026 11:20
"Qəbələ" Prins Ovusu ilə yeni müqavilə imzaladı
13 Aprel 2026 09:36


Bakı -°C

