adalet.az header logo
  • Bakı -°C
14 Aprel 2026 20:15
149
DÜNYA
A- A+

Tramp: ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər

ABŞ və İran arasında danışıqlar yaxın iki gün ərzində bərpa oluna bilər.

Adalet.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "The New York Post" nəşrinə müsahibəsində bildirib.

O, yaxın vaxtlarda Vaşinqton və Tehran arasında danışıqların növbəti raundunun İslamabadda keçirilməsi ehtimalının yüksək olması ilə əlaqədar xarici media jurnalistlərini orada qalmağa çağırıb.

"Sizin orada qalmağınız məsləhətdir, çünki yaxın iki gün ərzində nəsə baş verə bilər və biz danışıqları məhz orada keçirməyə daha çox meylliyik", - Tramp jurnalistlərə müraciət edərək deyib.

ABŞ lideri qeyd edib ki, Pakistanın hərbi rəhbərliyinin, xüsusən də feldmarşal Asim Munirin rolu sayəsində danışıqların Pakistanın paytaxtında davam etdirilməsi daha çox ehtimal olunur: "Bu, daha inandırıcıdır, bilirsiniz niyə? Çünki feldmarşal əla iş görür", - o bildirib.

Tramp həmçinin vurğulayıb ki, bu məsələyə aidiyyəti olmayan ölkədə danışıqların keçirilməsini məqsədəuyğun hesab etmir.