Yaponiyanın baş naziri NATO-nun sammitinə getmək istəmir

Yaponiyanın baş naziri Siqeru İsiba NATO-nun Haqada keçiriləcək samminində iştirak etməmək variantına baxır.
NHK telekanalının mənbələrinə əsasən verdiyi məlumatlara görə, baş nazirin Sammitdən imtina etmə səbəblərindən biri də, Yaxın Şərqdəki vəziyyət və ABŞ-ın İranın nüvə obyektlərinə zərbələr endirməsidir.
Həmçinin səbəblərdən biri də, çox güman ki, ABŞ prezidenti Donald Trampın sammitdə iştirak etməməsi ola bilər. Güman edilir ki, sammitdə Yaponiyanı XİN-nin rəhbəri Takesi İvaya təmsil edəcək.
Bildirilir ki, sammitin proqramı məhdudlaşdırılıb və Ukrayna böhranının müzakirəsi gündəlikdən çıxarılıb.
Rüstəm Hacıyev
Digər Xəbərlər

"Zənginləşdirilmiş uran vurulan yerlərdə idi" - Ağ Ev

Şahın oğlu İran xalqına səsləndi: Yeni hökumət qurulması üçün...

Ərdoğan: İsrailin İrana qarşı hücumlarının fəlakətə çevrilməməsi üçün çalışırıq
