Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

İyunun 23-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,8 manat civarında dəyişib.
Adalet.az xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi məlumat yayıb.
"Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb", - deyə məlumatda qeyd olunub.
Xatırladaq ki, iyunun 21-nə Azərbaycandakı un istehsalçılarının topdansatış məntəqələrində 50 kq-lıq un kisəsinin satış qiyməti 26,6-28,2 manat, o cümlədən Bakı şəhərində və Abşeron rayonunda 27-27,5 manat civarında dəyişib. Ölkə üzrə unun ən aşağı topdansatış qiyməti 26,6 manat olmaqla Şabran rayonunda, ən yüksək topdansatış qiyməti 28,2 manat olmaqla Gəncə şəhərində qeydə alınıb.
Digər Xəbərlər

“Yevlax” qovşaq yarımstansiyasının açılışı oldu

Gecikdirilmiş 137 min manatdan çox vəsait işçilərə ödənildi

Qanun qəbul edildi: sosial yardım nə qədər artacaq?

Kazino oyunlarının təşkili üçün 340 min manat dövlət rüsumu ödəniləcək

Şirkətlərin iflasının dövlət qeydiyyatına alınması qaydası dəyişir

İnvestisiya qiymətli kağızlarının yerləşdirilməsi qaydalarında dəyişiklik edilir

Azərbaycan nefti ucuzlaşdı
