23 Iyun 2025 17:58
187
İDMAN

"Barselona"nın yetirməsi bu kluba keçdi

İspaniyanın “Atletik” klubu Robert Navarronu transfer edib.

Adalet.az xəbər verir ki, ispaniyalı futbolçu azad agent kimi heyətə cəlb edilib.

Onunla 2030-cu ilin iyununa qədər müqavilə imzalanıb.

Navarro “Barselona” akademiyasının yetirməsidir. Son La Liqa mövsümündə “Malyorka”nın heyətində çıxış edib.