Rusiya: Ukrayna ilə danışıqların üçüncü raundu bu həftə bəlli olacaq

Kremlin sözçüsü Dmitri Peskov Rusiya ilə Ukrayna arasında davam edən danışıqlarla bağlı yeni açıqlama verib.
Adalet.az-ın məlumatın görə, o bildirib ki, iki ölkə arasında danışıqların üçüncü raundunun bu həftə ərzində dəqiqləşməsi gözlənilir. Peskovun sözlərinə görə, "İstanbulda əldə olunan razılaşmaların həyata keçirilməsi prosesi davam edir" və bu istiqamətdə irəliləyişlərin olduğu qeyd olunub.
Hazırda danışıqların məzmunu və formatı ilə bağlı əlavə təfərrüatlar açıqlanmasa da, tərəflər arasında diplomatik təmasların intensivləşdiyi vurğulanır. Rusiya tərəfi danışıqların nəticəverməsini istədiyini, lakin bunun Ukraynanın mövqeyindən də asılı olduğunu bildirir.
Digər Xəbərlər

Qətərdən İranın hücumu ilə bağlı - İLK AÇIQLAMA

Qətərə atılan 10 raketdən 9-u vurulub - VİDEO

İran İraq və Qətəri VURDU - YENİLƏNİB + VİDEO

İranın Baş Qərargah rəisi: ABŞ-nin hücumuna uyğun şəkildə cavab verəcəyik

"Zənginləşdirilmiş uran vurulan yerlərdə idi" - Ağ Ev

Şahın oğlu İran xalqına səsləndi: Yeni hökumət qurulması üçün...

Ərdoğan: İsrailin İrana qarşı hücumlarının fəlakətə çevrilməməsi üçün çalışırıq
