23 Iyun 2025 12:42
176
DÜNYA

"Hörmüz boğazının bağlanması böyük təhlükədir" - Kallas

Aİ Xarici İşlər Xidmətinin rəhbəri Kaya Kallas İranın Hörmüz boğazını bağlamasının böyük təhlükə olacağını deyib.

Adalet.az xəbər verir ki, o, bu barədə Aİ xarici işlər nazirlərinin görüşündə deyib. 

Kallasən sözlərinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri məsələnin diplomatik həllinə fokuslanıblar. 

"Onlar nəticələrinin çox böyük ola biləcəyi eskalasiya təhlükəsindən xüsusilə narahatdırlar, xüsusən də İran tərəfindən Hörmüz boğazının bağlanması böyük təhlükədir və heç kim üçün yaxşı olmaz", - o, deyib.