adalet.az header logo
  • Bakı -°C
30 Aprel 2026 09:05
119
İDMAN
A- A+

“Atletiko Madrid” - “Arsenal” oyununda qalib müəyyənləşmədi - VİDEO

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində ilk oyunlara yekun vurulub.

Adalet.az xəbər verir ki, İspaniyanın “Atletiko Madrid” komandası İngiltərənin “Arsenal” kollektivini qəbul edib.

“Metropolitano” stadionunda reallaşan görüşdə qalib müəyyənləşməyib - 1:1. Hər iki qol penaltidən vurulub. Əvvəlcə qonaqların heyətində Viktor Dyökereş fərqlənib. Son nöqtəni isə meydan sahibi komandadan Xulian Alvares qoyub.

Komandalar arasında cavab mayın 5-də reallaşacaq.

Yarımfinalın ilk görüşündə PSJ Fransada Almaniya “Bavariya”sını 5:4 hesabı ilə məğlub edib.