Biz qəzet oxumaq istəyirik...

Bu gün Bakıya nisbətən əyalətlərdə qəzet oxuyan insanlar daha çoxdur.
Çünki əksər insanlar sosial şəbəkədən deyil, qəzetdən və kitabdan məlumat almaq istəyirlər. Ən azından ona görə ki, sosial şəbəkələrdə yayılan xəbərlərin çoxu yalan olur. Ona görə də əyalətlərdə qəzet oxumaq istəyən insanlar şəhərlə müqayisədə çoxdur. Amma gəlin onunla razılaşaq ki, rayon mərkəzlərinə qəzetlər göndərilsə də, ancaq kəndlərə qəzet göndərilmir.Bakıda və digər iri şəhərlərin köşkülerində qalaq- qalaq qəzetlər yığılın qalsa da, amma kəndlərdə bir qəzet belə gözə dəymir.
Və sonradan da, bu qəzetlər " maklatura" kimi redaksiyalara qayıdır. Bu da ziyan deməkdir. Amma o qəzetlər kəndlərə köndərilsə, sizi inandırım ki, əksəriyyəti satılar. Məsələn , 10 minə yaxın əhalisi olan Füzuli rayonunun Böyük Bəhmənli kəndində bir qəzet köşkü belə yoxdur. Kəndin ziyalılarından biri olan, uzun müddət müxtəlif vəzifələrdə işləmiş Əsəd müəllim deyir ki, biz qəzet oxuyan insanlar olmuşuq və həmişə də, gözümüz qəzet axtarır, amma tapa bilmirik.
Televiziyaların bayağı, can sıxıçı verilişlərindən lap bezmişik. Ona görə də əlaqədar qurumlar bu barədə cıddi düşünməlidir. Ki, kəndlərə qəzet göndərilməlidir. Biz yaşlı nəslin adamlar kitab, qəzet oxumağa öyrəşmişik, o da ki, kəndimizə gəlmir.Əgər kəndimizə qəzet gəlsə, mənim kimi, insanların çox böyük sevincinə səbəb olar.Gözümüz qəzet axtarır. İnanırıq ki, əlaqədar qurumlar, təsisçilər və redaktorlar bu barədə götür- qoy edəcək, kənd ziyalılarının arzu və istəklərini yerinə yetirəcək!
Emil Faiqoğlu
Digər Xəbərlər

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir

Bakıda “Konstitusiya və Suverenlik İlində media gündəmi” müzakirə olunub

Anar Eyvazov: Bəzən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır

Hüquqi informasiyanın cəmiyyətə düzgün şəkildə ötürülməsi xüsusi əhəmiyyət daşıyır

Milli mətbuatımız bu il 150 illik yubileyini qeyd edir - Əhməd İsmayılov

Bakıda “İctimai proseslər media müstəvisində” mövzusunda İkinci Forum keçirilir - YENİLƏNİB
