01 Oktyabr 2025 12:39
141
HÜQUQ

"Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil" - Baş prokuror

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan tarixdə, müasir dünyada görünməyən qələbələrə imza atdı. Azərbaycan BMT-nin 30 ilə yaxın müddətdə icra olunmayan qətnamələrinin icrasını həyata keçirdi və ərazi bütövlüyünü təmin etdi. Ölkəmiz heç zaman müharibə tərəfdarı olmayıb, biz ərazi bütövlüyümüz naminə mübarizə aparmağa məcbur olmuşuq. Son nəticədə məqsəd sülh idi. Sülh müqaviləsi də Azərbaycanın irəli sürdüyü şərtlər əsasındadır. Həmin şərtlər reallıqdan uzaq deyil.

Adalet.az xəbər verir ki, bunu Azərbaycan Respublikası prokurorluq orqanlarının yaradılmasının 107-ci ildönümü və 1 oktyabr – Prokurorluq işçilərinin peşə bayramı münasibətilə Baş Prokurorluğun inzibati binasında keçirilən təntənəli tədbirdə Baş prokuror Kamran Əliyev deyib.

"Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin 2025-ci il avqustun 8-də Ağ Evdə paraflanması Azərbaycan Prezidentinin hərbi uğurlarından sonra növbəti siyasi nailiyyəti və qələbəsidir. 907-ci düzəlişin tətbiqinin dayandırılması barədə Amerika Birləşmiş Ştatları Prezidenti tərəfindən Prezident İlham Əliyevlə görüş çərçivəsində sərəncam imzalanması Azərbaycan Prezidentinin diplomatik sahədə ən əsas uğurlarından biridir. Bundan başqa, Azərbaycan Prezidentinin ABŞ-da dahi dövlət xadimi kimi qəbul edilməsi bizi sevindirməyə bilməz. Bu, Azərbaycanın yalnız regionda deyil, dünyada nüfuzundan xəbər verir", - deyə K.Əliyev qeyd edib.