"Polşa sərhədini pozan hər bir təyyarəni vuracağıq" - Nazir

Varşava və NATO ölkələri Polşanın hava məkanını pozan hərbi təyyarələri vurmağa hazırdır.
Adalet.az xəbər verir ki, bunu Polşanın müdafiə naziri Vladislav Kosiniyak-Kamış yerli mətbuata açıqlamasında deyib.
Nazir vurğulayıb ki, komandirlər “Polşanı müdafiə edəcək” qərarlar vermək hüququna malikdirlər. Nazir bildirib ki, pilotsuz təyyarələrdə olduğu kimi hərbçilərə də təyyarələrlə bağlı yaşıl işıq yandırılıb.