01 Oktyabr 2025 11:45
73
HÜQUQ

Azərbaycan Respublikasının Baş Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə

Hörmətli Kamran müəllim,

Prokurorluq işçilərinin peşə bayramı günü və prokurorluq orqanlarının yaradılmasının 107 illiyi münasibətilə Sizi və rəhbərlik etdiyiniz prokurorluq orqanlarında çalışan bütün əməkdaşlarınızı “Ədalət” qəzetinin əməkdaşları adından təbrik edirəm.

Zəngin və şərəfli  tarixə malik Azərbaycan Prokurorluğu, Sizin rəhbərliyiniz altında,  bu gün öz fəaliyyətini cəmiyyətdə formalaşan yeni çağırışlara, müasir dövrün tələblərinə və beynəlxalq standartlara  uyğun qurmaqla, xüsusilə, korrupsiyaya qarşı mübarizə sahəsində, dövlətçiliyimizə qarşı törədilən cinayətlərə qarşı mübarizədə dövlətimizin qüdrətlənməsinə və xalqımızın rifahına xələl gətirə biləcək bütün hallara qarşı barışmaz mövqe tutaraq, qanunun aliliyinin təmin edilməsi, vərəndaşların hüquqlarının etibarlı müdafiəsi işində öz xidmətlərini göstərir.

Ölkə prezidentinin tələb və tapşırıqlarını, eləcə də müstəqil Azərbaycanın qanunlarına uyğun olaraq həyata keçirdiyiniz və vətəndaşlarımız tərəfindən sayğı ilə qarşılanan fəaliyyətiniz bir daha göstərir ki, Azərbaycan Prokurorluğunun rəhbərliyi və əməkdaşları öz vəzifə borclarını yerinə yetirməkdə, hətta öz sıralarındakı müəyyən qüsurları da aradan qaldırmaqda əzmkarlıq göstərirlər. Yəni prokurorluq orqanlarında əsas qayə qanunun aliliyidir. Bu yolda güvəncimiz olan prorkurorluq əməkdaşlarına Sizin rəhbərliyiniz altınada uğurlar diləyirik.

Bir daha peşə bayramınız mübarək!

Hörmətlə:

“Ədalət” qəzetinin kollektivi adından Azərbaycan Respublikası Milli Məclisinin deputatı Aqil Abbas