"Beniz"in növbəti məhkəməsi oldu

Tanınmış tiktoker "Beniz" ləqəbli məşhur Aybəniz Xəlilovanın cinayət işi məhkəmənin növbəri iclası keçirilib.
Adalet.az-ın məlumatına görə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Fəxri Məmmədovun sədrliyi ilə keçirilən iclasda prokuror zərərçəkən Xalid Kərimovun prosesdə iştirak etməsini və məhkəmə zalında ifadə verməsini tələb edib.
Zərərçəkənin vəkili isə müvəkkilinin hazirda onkoloji xəstəliyi ilə bağlı Türkiyədə müalicə aldığını bildirsədə prokuror buna münasibətdə bu barədə onun müalicə aldığı xəstəxanadan rəsmi sənəd təqdim olunmasını istəyib.
Təqsirləndirilən Aybəniz Xəlilovada öz növbəsində günahsız olduğunu sübuta yetirəcək yeganə şəxsin Xalid Kərimov olduğunu məhkəmə tərkibinin diqqətinə çatdırıb. Buna görə də, Xalid Kərimovun prosesə canlıi qoşulmasını vacib sayıb.
Bütun bunlari nəzərə alaraq məhkəmə zərərçəkənin xəstəliyi ilə əlaqədar müvafiq sənədin məhkəməyə göndərilməsi ilə bağlı prosesi naməlum tarixədək təxirə salıb.
Qeyd edək ki,"Beniz" ləqəbli tiktoker barəsində sevgili olduğu X.Kərimov Suraxanı Rayon Polis İdarəsinə şikayət edib və hüquq-mühafizə orqanı tiktoker barəsində şikayətçinin təqdim etdiyi sübutları əsas götürərək Cinayət Məcəlləsinin 182.2.2 və 182.2.4-cü (hədə-qorxu ilə tələb etmə) maddələri ilə cinayət işi başlanıb.İddialara görə Aybəniz Xəlilova iş adamından hissə-hissə olmaqla 500 min manat tələb edərək alıb.
Digər Xəbərlər

"Sülh müqaviləsinin şərtləri reallıqdan uzaq deyil" - Baş prokuror

Azərbaycan Respublikasının Baş Prokuroru, II dərəcəli dövlət ədliyyə müşaviri cənab Kamran Əliyevə

"Yekaterinburqda azərbaycanlılara qarşı törədilən cinayətlər araşdırılır" - Kamran Əliyev

Kamran Əliyev: AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı cinayət işi davam edir

Vardanyanın məhkəməsində zərərçəkmişlər dinlənildi

Şəxs yalnız bu halda hansısa cinayəti törətməkdə təqsirli hesab edilə bilər

MƏHKƏMƏ: 4 yaşlı Zəhranın və digər terror qurbanlarının ölümü araşdırıldı
