Şənbə günü intensiv yağış yağacaq, şimşək çaxacaq
Aprelin 4-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, səhərdən bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Yarımadanın ayrı-ayrı yerlərində yağışın intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şimal-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturu gecə 10-14° isti, gündüz 14-16° isti olacaq. Atmosfer təzyiqi 751 mm civə sütunundan 754 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % təşkil edəcək.
Azərbaycanın qərb rayonlarından başlayaraq bəzi yerlərdə fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntının intensiv, şərq rayonlarında güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 8-12° isti, gündüz 15-19° isti, dağlarda gecə 2-6° şaxta, gündüz 0-2° şaxta olacaq.
Digər Xəbərlər
03 Aprel 2026 12:23
Azərbaycana turist axını azalıb
03 Aprel 2026 11:23
Əhmədbəyli–Füzuli–Şuşa yolu ödənişli olacaq
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 14:27
Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
02 Aprel 2026 12:05
Ağdam-Xankəndi dəmir yolunun tikintisi davam etdirilir - VİDEO
02 Aprel 2026 11:58


Bakı -°C

