adalet.az header logo
  • Bakı -°C
03 Aprel 2026 12:37
78
MARAQLI
A- A+

13 yaşında yoxa çıxan qız illər sonra müəmmalı şəkildə tapıldı

1994-cü ildə ABŞ-də cəmi 13 yaşında ikən yoxa çıxan Kristina Maria Plante 32 il sonra sağ- salamat tapılıb

Adalet.az xarici KİV-ə istinadən xəbər verir ki, dünyanın diqqətini cəlb edən hadisə 15 may 1994-cü ildə Arizona ştatının Payson qraflığında baş verib. O vaxt 13 yaşlı Kristina Maria Plante atına qulluq etmək üçün evinin yaxınlığındakı tövləyə gəzintiyə çıxıb, lakin bir daha geri qayıtmayıb. O gündən bəri gənc qızdan əsər-əlamət tapılmayıb və onun işi illərdir "həll olunmamış sirr" olaraq qalıb.

Hadisə baş verən zaman təhlükəsizlik qüvvələri və könüllü qruplar genişmiqyaslı yerüstü axtarış əməliyyatlarına başladıblar və yüzlərlə insanla müsahibə aparıblar. Lakin heç bir ipucu tapılmadığı üçün hakimiyyət orqanları işi "təhlükəli və şübhəli şəraitdə yoxa çıxma" kimi qeydə alıblar. Kristinanın qeydləri milli itkin düşmüş uşaqların məlumat bazalarına daxil edilib və onun öldüyü ehtimal edilib. 

İllər sonra iş Gila Şəhər Şerif Ofisində yaradılmış "Soyuq İşlər Bölməsi" tərəfindən yenidən açılıb. Müstəntiqlər faylı hərtərəfli araşdırmaq üçün 1990-cı illərdə mövcud olmayan yeni nəsil texnika və qabaqcıl texnologiyalardan istifadə ediblər. Diqqətli iş nəticəsində nəhayət ki, hazırda 45 yaşı olan Kristina Maria Planteni tapıblar. 

Gila Şəhər Şerif Ofisinin rəsmi açıqlamasında qadının şəxsiyyəti təsdiqlənib və onun 32 illik "itkin düşmüş şəxs" statusuna rəsmi olaraq son qoyulub. Şerif rəsmiləri vurğulayıblar ki, bu cür uzun müddətdir davam edən işlərin araşdırılması ailələrə və cəmiyyətə uzun müddətdir gözlədikləri cavabları verir.

Hazırda 44 yaşı olan qadının 32 il ərzində harada olması, niyə geri qayıtmaması və ya qaçırılıb-qaçırılmaması ilə bağlı təfərrüatlar hələ də açıqlanmayıb.