Dövlət Komitəsi Zabuxdan videçarx yayımlayıb - VİDEO
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı və Laçın rayonunda Prezidentin xüsusi nümayəndəliyinin dəstəyi ilə Zabux kəndindən videoçarx hazırlanıb.
Bu barədə Adalet.az-a Komitədən məlumat verilib.
"İşıqlı gecələr, geniş, abad küçələr, günün istənilən vaxtında uşaqların sevimli məşğuliyyəti üçün şəraitin olması... Laçının yenidən tikilib məskunlaşdırılan Zabux kəndindən görüntülər müasir kənddə də şəhər mühiti yaradıldığını göstərir. Böyük Qayıdışla işğaldan azad edilmiş ərazilərdə yeni həyat başlayır", - məlumatda bildirilib.
Qeyd edilib ki, layihənin əsas məqsədi bölgədə reallaşdırılan quruculuq proseslərini, eləcə də sakinlərin sosial rifahının yüksəldilməsi istiqamətində görülən işləri ictimaiyyətə çatdırmaqdır.
Digər Xəbərlər
02 Aprel 2026 23:03
Xərclənən pullar hara gedir? - İndi də Bakı-Qazax yolu - VİDEO
02 Aprel 2026 16:43
Küləkli hava şəraiti ilə bağlı XƏBƏRDARLIQ
02 Aprel 2026 16:35
"Qanlı Göl" ərazisi şəhər parkı konsepsiyasında abadlaşdırılacaq - VİDEO
02 Aprel 2026 12:05


Bakı -°C

