09 Sentyabr 2025 19:00
197
DÜNYA

Nepal prezidentinin iqamətgahı yandırıldı

Nepalda etirazçılar ölkə prezidenti Ram Çandra Paudelin rəsmi iqamətgahını yandırıblar.

Adalet.az xəbər verir ki, bu barədə "İndia Today" məlumat yayıb. 

Portalın məlumatına görə, etirazçılar iqamətgahın əsas girişinə daxil olub, daha sonra binanı yandırıblar.

Qeyd edək ki, Nepalda etirazçılar hökumətin istefasını tələb edirlər. Vətəndaşların narazılığına səbəb sentyabrın 4-dən bir sıra sosial şəbəkələrə, o cümlədən "Facebook", "Instagram", "WhatsApp"a tətbiq edilən məhdudiyyətlər olub. Sentyabrın 9-da ölkə hakimiyyəti bu məhdudiyyətləri aradan qaldırıb.