Azərbaycan millisi DÇ-2026-da ilk xalını QAZANDI -YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsində Ukrayna ilə üz-üzə gəlib.
Adalet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma 1:1 hesablı bərabərliklə yekunlaşıb.
51-ci dəqiqədə Georgi Sudakov fərqlənməklə qonaqları hesabda irəli çıxarıb. Yığmamız məğlubiyyətdən 72-ci dəqiqədə xilas ola bilib. Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib. Yarımmüdafiəçi rəqib torunu silkələməklə tarixi rekorda imza atıb.
O, millinin heyətində 15-ci dəfə fərqlənməklə ən məhsuldar futbolçu kimi Qurban Qurbanovun 14 qolluq rekordunu yeniləyib.
Qeyd edək ki, Azərbaycan yığması D qrupundakı ilk matçda səfərdə İslandiyaya 5 cavabsız qolla uduzub. Ukrayna isə Fransaya 0:2 hesabı ilə məğlub olub.
***21:32
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab bərabərləşib.
Adalet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada ev sahibləri bərabərlik qolunu vurub.
72-ci dəqiqədə Emin Mahmudov əllə oyuna görə təyin olunan penaltini qola çevirib.
***21:12
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda hesab açılıb.
Bakıvaxtı.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən qarşılaşmada qonaqlar ilk qolu vurublar.
51-ci dəqiqədə Georgiy Sudakov adını tabloya yazdırıb.
***21:03
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ikinci hissə başlayıb.
Adalet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda qolsuz bərabərlik davam edir.
Qarşılaşmanı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
***20:50
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna oyununda ilk hissə başa çatıb.
Adalet.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionuda keçirilən matçda birinci yarıda qapılara qol vurulmayıb.
Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
***20:00
DÇ-2026-nın seçmə mərhələsinin D qrupunun Azərbaycan - Ukrayna matçına start verilib.
Adalet.az-ın məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionuda keçirilir.
Matçı yunanıstanlı baş hakim Vassilis Fotias idarə edir.
Digər Xəbərlər

“Fənərbağça”nın yeni baş məşqçisi bəlli oldu

Üzgüçülük Federasiyasında yeni təyinat

BAJILARIN NƏTƏRDİ?

Azərbaycan millisi bu gün Ukrayna ilə qarşılaşacaq

Azərbaycan boksçusu 1/4 finala yüksəldi

Andrey Şevçenko: "Bu addımlar gələcəkdə uşaqların inkişafı üçün vacibdir"

“Fənərbağça” futbolçusunu “Beşiktaş”a icarəyə verdi
