09 Sentyabr 2025 17:31
162
DÜNYA

Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirildi -10 ilə qədər həbs

Sverdlovsk vilayətində həbsdə olan Azərbaycan diasporunun keçmiş rəhbəri Şahin Şıxlinskinin oğlu, vəkil Mütvala Şıxlinskiyə qarşı ittihamlar sərtləşdirilib. 

Adalet.az xəbər verir ki, bu barədə Rusiya KİV yazıb. 

Təhlükəsizlik qüvvələri onu Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin 2-ci hissəsi (Hakimiyyət nümayəndəsinə qarşı həyati təhlükəli zorakılıq tətbiq etmə) ilə ittiham edir. 

Onu 10 ilə qədər həbs cəzası gözləyir. 

Region məhkəmələrinin birləşmiş mətbuat xidmətindən verilən məlumata görə, bir gün əvvəl məhkəmə onun barəsində həbs qətimkan tədbirinin müddətini uzadıb. Məhkəmə vəkilin dekabrın 14-dək həbsdə qalacağını bildirib./Unikal